Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1570/2023 20.09.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 220 manat olmaqla cəmi 440 manat sabit pu məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə el adəti ilə toy edərək, rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Cavabdeh ilə evli olduğu müddətdə birgə nikahdan xx.xx.2010-cu il tarixdə X3 və xx.xx.2011-ci il tarixdə X2 adlı övladları dünyaya gəlmişdir. Cavabdehlə əvvəllər mehriban yaşasalar da, sonradan cavabdehin təqsiri üzündən ailə münasibətləri pozulmuşdur. Füzuli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(064)-323/2020 saylı qətnaməsi ilə nikah pozulub, uşaqlar onun yanında saxlanılıb. Füzuli Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(064)-849/2021 saylı qətnaməsinə əsasən hər uşağa görə 75 manat olmaqla cəmi 150 manat aliment tutulması qət edilmiş, sonradan apelyasiya instansiyasında alimentin cəmi miqdarı 200 manat müəyyən edilmişdir. Hal-hazırda məhkəmənin həmin dövrün iqtisadi şərtlərini nəzərə almaqla müəyyən etdiyi bu aliment məbləği uşağının gündən-günə artan xərclərinin ödənilməsində onun maddi vəziyyətində yaxşıya doğru ciddi dəyişiklik yaratmır. Hazırda o, uşaqların həm maddi təminatı, həm də tərbiyəsi ilə təkbaşına məşğuldur. Maddi vəziyyəti buna imkan verir, ancaq Ailə Məcəlləsinin 75.1-ci maddəsində də göstərildiyi kimi, valideynlər uşaqları saxlamağa borcludurlar. Cavabdeh orta təhsil müəssisəsində müəllimə kimi işləyir, yüksək əmək haqqı alır, həmçinin qeyri-rəsmi qaydada ödənişli repititorluq fəaliyyəti ilə də məşğuldur. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında: İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, o, əmək haqqından alimentlə yanaşı, həm də kredit borcunu ödəyir. Ona görə də, hazırkı iş üzrə iddia tələbini qəbul etmir və rədd edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş: Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimentin tutulub İddiaçıns verilməsi qət edilmişdir. “AZEMİS”-dən çıxarışdan görünür ki, Cavabdeh orta məktəbdə müəllim işləməklə 872,22 manat əmək haqqı alır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarınıda nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasının 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununda göstərilir ki, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2016-cı il tarixində Qərarında göstərmişdir ki, uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 saylı Qərarının: 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. 8.2-ci bəndinə əsasən, məhkəmələrə izah edilsin ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü Vüqarın və xx.xx.2011-ci il təvəllüdlü İsmayılın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Tədqiq edilmiş sübutlardan görünür ki, tərəflərin ailə və ya maddi vəziyyətlərində dəyişikliklərin olması müşahidə olunmur. Lakin məhkəmə qeyd olunanlarla yanaşı, həm də yetkinlik yaşına çatmayanlar xx.xx.2010-cu il təvəllüdlü Vüqar və xx.xx.2011-ci il təvəllüdlü İsmayılın mənafelərini, yəni onların artıq böyüyərək maddi tələbatlarının artmasını, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquqlarının olmasını, iddiaçı atanın özünün də uşaqlarını saxlamaq vəzifəsinin olmasını və sair digər diqqətəlayiq halları nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən azyaşlılar Vüqar və xx.xx.2011-ci il təvəllüdlü İsmayılın yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə də, məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin olunsun. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən yetkinlik yaşına çatmayanlar xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 130 manat olmaqla cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(064)-1570/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1570/2023
20.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver