Məhkəmə qərarları › İş №2(064)-1599/2024

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-1599/2024

28.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-1599/2024 28.08.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi pul tələbinə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı "xxxx" KB ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 05 aprel 2024-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 1840,4 manat əsas, 344,33 faiz borcu, 18,42 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 42,04 manat olmaqla, cəmi 2245,19 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi 28 avqust 2024-cü il tarixdə məhkəməyə ünvanladığı ərizəsində cavabdehin 11 oktyabr 2023-cü il tarixdə, yəni iddia ərizəsinin məhkəməyə verilməsindən əvvəl vəfat etməsi səbəbindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin, dövlət rüsumuna görə ödənilmiş 42,04 manat məbləğində pulun iddiaçıya qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in: - 152.1.9-ci maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, iddia ərizəsi geri qaytarılır. - 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçının nümayəndəsinin ərizəsinə əsasən iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, dövlət rüsumuna görə ödənilmiş 42,04 manat məbləğində pul iddiaçıya qaytarılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 152.1.9, 114.1, 263-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçı "xxxx" KB ASC-yə qaytarılsın. İddiaçı "xxxx" KB ASC-nin dövlət rüsumuna görə ödədiyi 42,04 manat məbləğində pul özünə ("xxxx" KB ASC, bankın kodu: 505754, VÖEN:**********, M/h: AZ46NABZ********************, S.W.İ.F.T. UBAZAZ22) qaytarılsın. Qərardadın icrası Füzuli rayon Maliyyə şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar