Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1602/2023 29.11.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9.000 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2018-ci ildə ailə üzvləri ilə bilikdə "xxxx" ASC-dən 9000 manat kredit götürmüşdür. Həmin kreditin aylıq ödənməsi üçün o və ailə üzvləri onlara məxsus kartları həmin vaxt bankın filial müdirü Cavabdeh vermişlər. Razılaşmaya görə hər ay həmin kredit cavabdeh tərəfindən çıxarılaraq ödənilməli idi. Uzun müddət kartlar cavabdehdə qalmışdır. Cavabdeh həmin pulları çıxararaq öz ehtiyacları üçün ödəmiş, kredit borcu ödənilməmiş qalmışdır. Lakin bir müddət əvvəl onlara Füzuli İcra Şöbəsindən məlumat gəldi ki, onların banka olan borcları ödənilməmişdir. Onlar cavabdehlə əlaqə saxlasalar da o, heç nəyı boynuna almamışdır. Pulu ondan ala bilmədiyi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsində qeyd olunanlarla oxşar məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, o, bankdan dörd müqavilə üzrə cəmi 10.000 manat kredit götürdükdən sonra ailə üzvlərinə məxsus kartları Cavabdeh vermişdir. Aralarındakı razılşamaya əsasən cavabdeh özü hər ay həmin kartlardan pul çıxarmaqla krediti ödəməli idi. Kredit bağlandıqdan sonra ona məlum olmuşdur ki, cavabdeh kartlardan əlavə olaraq 9.000 manat pul çıxarmışdır. Odur ki, həmin pulun cavabdehdən alınaraq ona verilməsini tələb edir. Cavabdeh iddia tələbini qəbul etmədi və bildirdi ki, iddiaçı ailə üzvləri ilə birlikdə bankdan dörd müqavilə üzrə cəmi 9.000 manat kredit götürsə də həmin kreditlər tam şəkildə ödənilmədiyinə görə məhkəməyə müraciət etmişlər. Həmin iş üzrə müvafiq ekspertizalar təyin olunaraq keçirilmişdir. Füzuli Rayon Məhkəməsinin qətnamələri əsasında kreditin ödənilməyən hissələri İddiaçı və digər ailə üzvlərindən tutulmuşdur. İddiaçı ona heç bir əmək haqqı kartı verməmişdir. Odur ki, iddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, iddia tələbinin əsaslandırılmasından belə anlaşılır ki, iddiaçı bankdan dörd müqavilə üzrə cəmi 10.000 manat kredit götürdükdən sonra ailə üzvlərinə məxsus kartları Cavabdeh verdiyini, aralarındakı razılşamaya əsasən cavabdeh özü hər ay həmin kartlardan pul çıxarmaqla krediti ödəməli olduğunu, kredit bağlandıqdan sonra cavabdehin kartlardan əlavə olaraq 9.000 manat pul çıxardığını bildirmiş və həmin pulun cavabdehdən tutulmasını iddia etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək iddiaçının ailə üzvləri ilə birlikdə bankdan dörd müqavilə üzrə cəmi 9.000 manat kredit götürsə də həmin kreditlərin tam şəkildə ödənilmədiyinə görə məhkəməyə müraciət etdiklərini, həmin iş üzrə müvafiq ekspertizalar təyin olunaraq keçirildiyini, Füzuli Rayon Məhkəməsinin qətnamələri əsasında kreditin ödənilməyən hissələrin İddiaçı və digər ailə üzvlərindən tutulduğunu, iddiaçının ona heç bir əmək haqqı kartı vermədiyini bildirmişdir. İddiaçı tərəfindən sübut kimi iddia ərizəsinə əlavə olunmaqla məhkəməyə təqdim edilmiş ödəniş kartlarından çıxarışlardan görünür ki, 2016-2018-ci illər üzrə həmin kartlardan cəmi 22.199,35 manat vəsait məxaric edilmişdir. Lakin bu vəsaitin məhz Cavabdeh tərəfindən məxaric edilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə elə buradaca onu qeyd etməyi zəruri hesab edir ki, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq, mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən normanın məzmunundan da göründüyü kimi, qanunverici sübutetmə vəzifəsini iddiaçı və cavabdeh üçün bərabər şəkildə müəyyən etmişdir. İddiaçı 9.000 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsini tələb etsə də öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassız sayılaraq rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn,pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Odur ki, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-1602/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1602/2023
29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver