Məhkəmə qərarları › İş №2(064)-1616/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1616/2024

06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1616/2024 06.12.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, İddiaçı və digər İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh və müstəqil tələb irəli sürməyən üşüncü şəxs X3 iştirakı ilə, İddiaçılar İddiaçı və Nümayəndə Cavabdeh müstəqil tələb irəli sürməyən üşüncü şəxs X7) qarşı “pul tələbi”nə dair iddiası üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı və Nümayəndə Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 6500 manat verilmiş pulun, 2500 manat bank faizinin, 150 manat hüquqi yardıma görə ödənilmiş haqqın Cavabdeh Vərən qızından alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar anası ilə birlikdə hal-hazırda ünvan 1 ünvanlarda müvəqqəti məskunlaşmış, çətinliklə yaşamışlar. Onlar evlə təmin olunmaq üçün Qaçqınlar və Məcburi köçkünlər idarəsinə müraciət etmişlər. Onlara həmin idarədən cavab məktubu gələrək məktubda onların evlə təmin olunması üçün siyahıya salındığı bildirilmişdir. Yəni mövcud hadisələr baş verəsi olmasaydı da, onlar dövlət tərəfindən evlə təmin olunmalı idilər. Bir müddət əvvəl Füzuli rayonu, 95 evlik Fin qəsəbəsi ev 77-də yaşayan X3 ona verilmiş evdən könüllü imtina etməsi barədə məlumat almışlar. Onunla birlikdə Qaçqınlar və Məcburi köçkünlər idarəsinə müraciət etmişlər. Həmin idarədə ondan həmin evdən imtina edilməsi barədə ərizə alınmış və onunla bağlanmış kirayə müqaviləsinə xitam verilmişdir. Bundan sonra anası İddiaçı ilə kirayə müqaviləsi bağlanılmışdır. Lakin müqavilə imzalansa da, müqavilənin surəti onlara bir neçə müddət sonra təqdim ediləcəyi bildirilmişdir. Onlar beləliklə 2023-cü ilin mart ayından həmin evdə yaşamağa başlamışlar. Evdə yaşamağa başlayandan qısa müddətə sonra özünü Xumar kimi təqdim etmiş, lakin sonradan onlara Cavabdeh kimi məlum olan şəxsə evə gələrək evin ona məxsus olduğunu, evi 5500 manat Leyla Məmmədovadan aldığını, evi hal-hazırda satdığını, əgər 6500 manat pul verməzlərsə evdən çıxmalı olduqlarını bildirmişdir. Bundan sonra onlar məcbur olub bankdan 5900 manat krediti 23 faizlə götürərək ona cəmi hissədə 6500 manat pul ödəmişlər. Həmin dövrdən bu günə banka faizlə birlikdə borc ödəyirlər. Sonradan onlar dövlət orqanlarına müraciət etdikdə əslində həmin evin onlara qanuni olan ev növbəsinə əsasən verildiyi, əslində onların Cavabdeh verdiyi pulu aldadılma nəticəsində verdiyi məlum olmuşdur. Bundan sonra onlar cavabdehdən həmin pulunu geri istəsələr də, o, pulu geri qaytarmamışdır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Məhkəmə iclasında iddiaçı və digər İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən etiraf edərək izahatında bildirmişdir ki, onun əsil adı Səfaqət olsa da, onu Xumar kimi çağırırlar. Ona görə də iddiaçının məhkəməyə təqdim etdiyi qəbzdə də adını Xumar olaraq qeyd etmişdir. O, qeyd olunan yaşayış evini iddiaçıya 6500 manata satdığını etiraf etmişdir. X4 müvəqqəti yaşamaq üçün dövlət tərəfindən verilmişdir. X10koloji xeste olduğundan həmin evi satıb müalicəsini davam etdirmək istədiyini bildirmişdir. Həmin vaxt onun da yaşayış sahəsinə ehtiyacı olduğundan qeyd olunan evi 5500 manata Leyla Məmmədovadan almışdır. Bundan sonra o, həmin evdə ailə üzvləri ilə birgə bir müddət yaşamışdır. Daha sonra həmin evi afət adlı şəxsin vasitəsilə 6500 manata iddiaçıya satmışdır. Evi 5500 manata alsa da, 1000 manat həmin evə xərc çəkdiyindən, evi 6500 manata iddiaçıya satmışdır. İddiaçıgil əvvəlcə ev üçün 3000 manat beh vermişlər, daha sonra isə 27 yanvar 2022-ci ildə pulun qalan hissəsini ödəmişlər. Bundan sonra o, həmin evi iddiaçılara vermişdir. Əlavə olaraq qeyd etmişdir ki, evin dövlət tərəfindən müvəqqəti yaşamaq üçün Leyla Məmmədovaya verildiyindən xəbəri olmamışdır, sonradan bu barədə məlumatlı olmuşdur. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üşüncü şəxs X7 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə onun arasında bağlanmış müqaviləyə əsasən sözügedən Füzuli rayonu, 95 evlik Fin qəsəbəsi 77 saylı ev ona müvəqqəti yaşamaq üçün ona verilmişdir. O, onkoloji xəstəliyindən əziyyət çəkir. Həmin evi 5500 manata Cavabdeh müalicəsini davam etdirmək üçün satmışdır. Daha sonra Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentində həmin evdən imtina etmiş və ev İddiaçı müvəqqəti yaşamaq üçün verilmişdir. Sonradan bilmişdir ki, Cavabdeh həmin evi 6500 manata iddiaçılara satıb. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikası Füzuli rayonu İcra Hakimiyyəti Başçısının Quraşdırma evləri inzibati Ərazi Dairəsi nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Füzuli rayonu Quraşdırma evlər İƏD-si 95 ailəlik Fin qəsəbəsi 77 nömrəli evdə müvəqqəti olaraq məcburi köçkün kimi qeydiyyatdadır, yaşayır. -Füzuli rayonu, RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Müşfiq Məmişov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başladılması rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq X7, Cavabdeh və X1 əməllərində Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkibi olmadığına görə onların barələrində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmişdir. -Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 77 saylı xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsindən görünür ki, Füzuli rayonu, 95 ailləlik qəsəbəsdə yerləşən 77 saylı 1 otaqlı yaşayış sahəsi müvəqqəti yaşamaq üçün İddiaçı və onun ailə üzvlərinə kirayə verilmişdir. -cavabdeh X5 tərəfindən yazılmış qəbzdə qeyd olunur: “X2, Məmədova Leyladan 5500 manata aldım. İddiaçı 6500 manata satdım. Evin içində kəm olan əşyası,vanna, kombisi yoxdur.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. -337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. -337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. -337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. -1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: -1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; -1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. -1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. İşin müəyyən edilmiş mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh istifadə etməsi üçün ona verilmiş dövlətə məxsus yaşayış sahəsini iddiaçıya satmış, bunun müqabilində iddiaçı cavabdehə 6500 manat məbləğində pul vermişdir. Bununla da tərəflər arasında etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla hüquqi nəticəyə səbəb olmayan etibarsız əqd bağlanmışdır. İddiaçı hazırda cavabdehə ödədiyi həmin vəsaitin ona geri qaytarılmasını tələb edir. Məhkəmə hesab edir ki, tərəflərdən hər biri etibarsız əqd üzrə aldıqlarını digər tərəfə qaytarmağa borclu olduğundan, alınma və ya geri qaytarma mümkün olmadıqda isə onların dəyərini pulla ödəməli olduğundan cavabdehin etibarsız əqd əsasında iddiaçıdan aldığı 6500 manat pul ondan tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı eyni zamanda cavabdehdən onun xeyrinə 2500 manat bank faizinin də tutulmasını tələb etmişdir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, cavabdeh yalnız etibarsız əqd üzrə aldıqlarını iddiaçıya verməli olduğundan, eyni zamanda iş üzrə sübutlarla cavabdehi həmin pul vəsaitindən üzərinə götürməsi və həmin pula görə kompensasiya əldə etməsi və ya bu kompensasiyanı qəsdən əldə etməməsi halı sübut edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. İddiaçı cavabdehdən özünün xeyrinə 150 manat hüquqi yardıma görə ödənilmiş haqqın da tutulmasını tələb etmiş, tələbinin təsdiqi üçün bank qəbzini təqdim etmişdir. Həmin qəbzdən ödəniş edilmiş şəxsin hazırki işdə vəkil və ya nümayəndə olması, eyni zamanda həmin vəsaitin hazırki iş üzrə ödənilməsini müəyyən etmək mümkün olmamışdır. Beləliklə, iş üzrə sübutlarla iddiaçının hazırki iş üzrə vəkil və ya nümayəndəyə 150 manat məbləğində xərc çəkməsi halı təsdiq edilməmişdir. Məhkəmə eyni zamanda onu qeyd etməyi zəruri sayır ki, iş ürə sübutlarla vəkilin və ya nümayəndənin hazırki iş üzrə iddiaçıya hüquqi yardım və ya xidmət göstərməsi təsdiq edilmədiyindən iddiaçıya hüquqi yardım və ya xidmət göstərməsi üçün 150 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6500 manat pul alınaraq İddiaçılar İddiaçı və Nümayəndə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar