Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-163/2023 26.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı və cavabdeh X3 iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə müraciət edərək cavabdeh X2 ona vurulmuş maddi ziyana görə 2.800 manat pulun tutulub ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Füzuli rayonu, Qarabağ kəndində yaşayır, özünün təsərrüfatında 70 baş qoyunu var. Qoyunların döl artırılması üçün 2022-ci ilin fevral ayında Cavabdeh dəyəri 400 manat olan 1 ədəd qoç almışdır. X1 iştirakı ilə Cavabdeh qoçun sağlam olduğunu bildirərək, şifahi olaraq zəmanət vermişdir. Həmin qoçdan saxladığı qoyunlar mayalanmışdır. Lakin bir müddət keçəndən sonra hissə-hissə olaraq iyun ayından oktyabr aymadək həmin qoçdan mayalanmış 18 ədəd qoyun balalarını atmış (ləvərə-yəni tam mayalanmamış). Təsərrüffatda ona kömək edən Ülfət Əliyev qoyunlarının Cavabdeh aldığı qoç ilə mayalanmasını və qoyunların balalarını atmasını təsdiq edə bilər. Həmçinin qeyd edir ki, qoyunlar balalarını atandan sonar, o, Füzuli rayonunun baş baytar həkimi olan Mirqail həkimi qoça baxmaq və xəstə olub olmaması üçün dəvət etmişdir. Mirqail həkim qoçun sağ damarında “damar genişlənməsi” olduğunu bildirmişdir.Belə ki, 18 ədəd quzu tam mayalanmamış və ölmüşdür və bununla ona ziyan vurulmuşdur. Bu günkü gün bir yeni doğulmuş tək quzunun bazar qiymətinin 70 manatdır, ana qoyunla bir təzə doğulan quzunun bazar qiyməti 350 manat təşkil edir. 18 ədəd qoyununu Qulamın ona yararsız satdığı qoç ucbatından yararsız qoyun kimi birini ətlik kimi 200 manata satmış. Qeyd olunanları nəzərə almaqla, ana qoyunla bir təzə doğulan quzunun bazar qiymətinin 350 manat olmasını və qoyunlarını 200 manata satılmasını nəzərə alsaq (350 azn -200 azn =150 azn) mənə hər qoyunda 150 ziyan dəymişdir. Ona cəmi 2700 manat məbləğində ziyan vurulmuşdur. Həmçinin 400 manata aldığı qoçu məcbur olub qəssaba 300 manata satdığı üçün, ona 100 manat əlavə ziyan vurulmuşdur. Ümumilikdə ona 2800 manat ziyan vurulmuşdur.Cavabdeh ona cəmi 2800 manat dəyərində ziyan vurduğunu bildirmiş və bu məsələni öz aralarında həll etməyi təklif etmiş, lakin cvabdeh onun təklifini rədd etmiş və ona “əlin hara çatır ora şikayət et” cavabını vermişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, hesab edir ki, Cavabdeh ümumilikdə 2800 manat məbləğində pul alınıb ona verilməlidir. Ona görə də, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. İddiaçı bildirdi ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində onun heyvanlarl tələf olmuş və nəticədə ona 2.800 manat maddi ziyan dəymişdir. İddiaçı X5 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçıya məxsus heyvanların tələf olunmasında onun təqsiri yoxdur. Odur ki, iddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 1096.2-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində onun heyvanları tələf olmuş və nəticədə ona 2.800 manat maddi zərər dəymişdir. Cavabdeh bu halı inkar etmiş və iddiaçıya məxsus heyvanların tələf olmasında təqsiri olmadığını bildirmişdir. Bu hallarla bağlı çəkişmə prinsipini özündə təsbit edən MPM-in 77.1-ci maddəsinin mövqeyi qəti və aydındır: hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, qeyd olunanları yekunlaşdıraraq məhkəmə belə yekun qənaətə gəlir ki, İddiaçı cavabdeh Q.Ağayevə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası əsassız sayılaraq rədd edilməlidir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə zərərvuranın hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və zərərvuranın təqsiri aiddir. iş materialları ilə müəyyən edilir ki, ilk növbədə iddiaçıya vurulmuş maddi ziyanla bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Digər tərəfdən, iddiaçıya maddi ziyan vurulması müəyyən edilsə də cavabdehin hüquqazidd davranışı və təqsiri müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216- 220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı cavabdeh X4 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-163/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-163/2023
26.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver