Məhkəmə qərarları › İş №2(064)-169/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-169/2024

14.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-169/2024 14.02.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi, İddiaçı rəisi Yəhya Məmmədovun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh elektron nəzarət vasitəsinin yararsız hala salınmasına görə həmin elektron vasitəsinin dəyəri olan 2.277,40 manat pulun alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-22/2023 saylı, xx.xx.2023-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək 2 il 2 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. Məhkəmə hökmü və hökmün icrası barədə hakimin göstərişi xx.xx.2023-cü-ci il tarixdə İddiaçı icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. Bundan sonra, xx.xx.2023-cü il tarixdə məhkumun özünün iştirakı ilə məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmçinin müvafiq aktla bir ədəd mobil nəzarət qurğusu (attenti), bir ədəd elektron qolbaq (attenti), bir ədəd adaptor məhkum hazırkı iş üzrə Cavabdeh tətbiq edilərək təhvil verilmişdir. Bu nəzarət avadanlılarının istifadə qaydaları cavabdehə dəfələrlə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Lakin cavabdeh cəza müddəti ərzində nöqsanlara yol verdiyinə görə ondan izahat alınaraq cəzasının dəyişdirilməsi barədə Füzuli Rayon Məhkəməsinə 27 oktyabr 2023-cü il tarixdə təqdimatla müraciət olunmuş, verilmiş təqdimat təmin edilərək məhkum Cavabdeh azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Həmin vaxt ona cəzanın icrası ilə bağlı tətbiq edilmiş elektron nəzarət vasitələri təhvil alınarkən mobil qurğuya tərəfimizdən baxış keçirilmiş, mobil qurğunun zədəli olması müəyyən edilmiş, eyni zamada Ədliyyə Nazirliyindən təqdim olunmuş rəyə əsasən, nəzarət vasitəsinin zədələnərək yararsız vəziyyətə düşdüyü müəyyən edilmişdir. Tərəfimizdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat idarəsinə mobil qurğunun qiymətinin müəyyən edilməsi və dəymiş ziyanın hesablanması üçün sorğu edilmiş və həmin vasitənin dəyəri 2277 manat, 40 qəpik hesablanmışdır. Belə olan halda, cavabdehin təqsiri nəticəsində, yəni lazımınca məsuliyyətli olmadığından elektron nəzarət qurğusu zədələnərək yararsız vəziyyətə düşmüş və iddiaçıya maddi ziyan dəymişdir. Nazirliyin verdiyi maliyyə arayışına görə həmin avadanlığın dəyəri 2277.40 manat təşkil edir. Məhkəmə iclasında: İddiaçı rəisi Yəhya Məmmədov iddia ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi haqqında məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-22/2023 saylı, xx.xx.2023-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə məhkumun özünün iştirakı ilə məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmçinin müvafiq aktla bir ədəd mobil nəzarət qurğusu (attenti), bir ədəd elektron qolbaq (attenti), bir ədəd adaptor məhkum hazırkı iş üzrə Cavabdeh tətbiq edilərək təhvil verilmişdir. Bu nəzarət avadanlılarının istifadə qaydaları cavabdehə dəfələrlə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Lakin cavabdeh cəza müddəti ərzində nöqsanlara yol verdiyinə görə ondan izahat alınaraq cəzasının dəyişdirilməsi barədə Füzuli Rayon Məhkəməsinə 27 oktyabr 2023-cü il tarixdə təqdimatla müraciət olunmuş, verilmiş təqdimat təmin edilərək məhkum Cavabdeh azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Həmin vaxt ona cəzanın icrası ilə bağlı tətbiq edilmiş elektron nəzarət vasitələri təhvil alınarkən mobil qurğuya baxış keçirilmiş, mobil qurğunun zədəli olması müəyyən edilmiş, eyni zamada nəzarət vasitəsinin zədələnərək yararsız vəziyyətə düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat idarəsinin müvafiq sorğuya cavab məktubu ilə həmin vasitənin dəyərinin 2.277,4 manat hesablanması müəyyən edilmişdir. Belə olan halda cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya 2.277,40 manat maddi ziyan dəymişdir. Odur ki, iddiaçı haqlı olaraq məhkəmə müdafiəsi hüququndan istifadə edərək məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respubliksı Cəzaların İcrası Məcəlləsinin: 15-1.1. Probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. 15-1.3. Probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 15-1.4. Probasiya nəzarətini həyata keçirən icra məmurları bu Məcəllə, «İcra haqqında» və «İcra məmurları haqqında» Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilənlərdən əlavə aşağıdakı vəzifələri yerinə yetirirlər: 15-1.4.1. məhkəmə qərarı əsasında elektron nəzarət vasitələrini məhkumlara tətbiq etmək və məhkum tərəfindən həmin vasitələrdən istifadə qaydalarına riayət edilməsinə nəzarət etmək. 15-2.5. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. 51-1.3. İcra məmuru məhkumu qeydiyyata alır, ona məhkəmə hökmünün tələblərini, cəzanın icrası qaydalarını, həmin qaydaların pozulmasının hüquqi nəticələrini, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydalarını, habelə hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyini izah edir, elektron nəzarət vasitəsini məhkumun üzərinə bağlayır və bu barədə protokol tərtib edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.2-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-cü maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh vururlmuş maddi ziyana görə 2.277,40 manat pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar