Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-170/2024 18.04.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən borclu olduğu 1084 manat pulun tutulub ona ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh, ümumilikdə, 12384 manat dəyərində 50 baş xırda buynuzlu heyvan satın almışdır. Heyvanları xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində təhvil almışdır. İddiaçı bildirmişdir ki, ödəməli olduğu pulun 5000 manatını xx.xx.2023-cü il tarixdə qardaşı Vüsala nəğd halda ödəmiş, həmin günün axşamı 2300 manat pulu, daha sonra fərqli vaxtlarda 3000 manat və 1000 manat pulu qardaşı Vüsalın kartına köçürmüşdür. Beləliklə, cavabdehin 1084 manat qalıq borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək 1084 manat pulun tutulub ona ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində ifadə edən X1 iddia ərizəsinə uyğun ifadə verərək deyilənləri təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş: - “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərardan göstərilir ki, X2 izahat verərək bildirmişdir ki, Cavabdeh 10 ildir ki, qəssab kimi tanıyır. Cavabdeh ona zəng edərək İddiaçı 50 baş xırda buynuzlu heyvanı seçərək göndərməsini xahiş etmişdir. O, da Eldənizgilə gedərək 50 baş xırda buynuzlu heyvanı maşına yükləyərək Rizvana göndərmişdir. 50 baş xırda buynuzlu heyvanın dəyərinin Eldənizlə Rizvan arasında 12384 manat dəyərində müəyyənləşdirildiyini bildirmişdir. Daha sonra Rizvanın hesablanmış məbləğin Eldənizə qaytarılıb-qaytarılmaması barədə məlumatının olmamasını bildirmişdir. İddiaçı müraciəti əsasında toplanmış HK-1/393 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı mülki mübahisənin həll edilməsi üçün məhkməyə müraciət etmək hüququ izah olumuşdur. Həmçinin həmin qərarın təsviri hissəsində araşdırma ilə əlaqədar Cavabdeh istifadəsində olan mobil telefonla əlaqə saxlayaraq izahatının alınması üçün Cəbrayıl RPŞ-yə dəvət edilsə də, gəlmədiyi və sonradan zənglərə cavab vermədiyi öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yuxarıda göstərilən qanunvericilik normalarını, tərəflərin verdiyi izahatları və iş materiallarında olan sübutları nəzərə alaraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, tam və məcmu şəkildə, eləcə də iş üzrə müəyyən edilmiş faktiki hallara göstərilən maddi hüquq normaları ilə qarşılıqlı əlaqə formasında hüquqi qiymət verməklə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 1084 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1084 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-170/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-170/2024
18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver