Məhkəmə qərarları › İş №2(064)-1724/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-1724/2023

09.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-1724/2023 09.10.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhlman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2.800 manat borcun tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh ondan 2.800 manat pulu xx.xx.2023-cü il tarixdə borc alaraq xx.xx.2023-cü il tarixdə tam olaraq qaytarmağı öhdəsinə götürmüşdür. Hətta bu barədə elə həmin tarixdə, yəni xx.xx.2023-cü il tarixdə yazılı olaraq qəbz vermişdir. Cavabdeh həmin vaxtı Cəlilabad rayon Göytəpə şəhəri ərazisində yerləşən N saylı hərbi hissədə bölük komandiri vəzifəsində işləyirdi. Onda olan məlumata əsasən cavabdeh hazırda Füzuli rayonu, Horadiz qəsəbəsində yerləşən N saylı hərbi hissədə bölük komandiri vəzifəsində çalışır. Cavabdeh ondan almış olduğu pulu qaytarmaqdan qərəzli şəkildə yayınmağa başlamışdır. O, bir necə dəfə cavabehlə əlaqə saxlamaq istəsə də heç bir nəticə verməmişdir. xx.xx.2023-cü il tarixli məhkəmənin hazırlıq iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyərək, iddia ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən hazırkı mülki işə ərazi aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsində baxıla bilməz. Belə ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, iş üzrə Cavabdeh rəsmi qeydə alındığı ünvan Naxçıvan MR, Culfa rayonu, Camaldın kəndidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilr. 44.2-ci maddəsinə əsasən, məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa. Odur ki, qeyd olunanları nəzərə alıb məhkəmə hesab edir ki, cavabdehin rəsmi qeydə alındığı ünvan Naxçıvan MR, ünvan 2i aidiyyəti üzrə Culfa Rayon Məhkəməsinə göndərilməlidir. Beləliklə də, məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 35.1, 44, 45, 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARVERDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Culfa Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar