Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-1735/2024 13.09.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızı, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 149.2.2-ci maddəsinin tələbinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehlərin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehlərin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. İddiaçı prosessual qanunvericiliyin imperativ nоrmasının tələbində qeyd edilənlərin əksinə оlaraq, iddia ərizəsində məhkəmə iclasına dəvət edilməli оlan cavabdehin rəsmi qeydə alındığı ünvanı göstərsə də, eyniləşdirmə məlumatlarını (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) yaşayış yerini və ya olduğu yeri, yazışmaların aparılmasının istənildiyi digər ünvanı göstərməmiş, eləcə də cavabdehin iş yerinin, elektron poçt ünvanının оlmadığını qeyd etməmiş və ya bu barədə məlumatları göstərməmişdir. İddiaçı iddia ərizəsində, cavabdehin rəsmi qeydə alındığı ünvanı ünvan 1iş və bu barədə rəsmi sənədlər ərizəyə əlavə olunmamışdır. Qeyd edilməlidir ki, Füzuli rayonu, Əbdürrəhmanlı kəndi xx.xx.2020-ci il tarixində işğaldan azad edilməklə orada məskunlaşdırma həyata keçirilməmiş və hazırda faktiki yaşayış yoxdur. Həmçinin iddia ərizəsində cavabdehin telefon nömrəsi qeyd edilməmişdir. Həmçinin MPM-nin 152.1.2-ci maddəsinə görə iddia ərizəsi imzalanmadıqda və ya onu hüquqi olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və əlavə edilmiş sənədləri geri qaytarır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddia ərizəsi iddiaçı tərəfindən imza edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il qərarına əsasən nikahın pozulması tələbinə dair iddia ərizəsi icraata qəbul edilərkən həmin ərizənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: MPM-nin) 149, 150-ci maddələrinin tələblərinə uyğun tərtib olunmasına diqqət yetirilməlidir. İddia ərizəsində bir qayda olaraq aşağıdakılar göstərilməlidir: nikah nə zaman və harada qeydə alınmışdır; birgə uşaqlar varsa, onların yaşı (doğulduğu gün, ay, il); ərarvad arasında uşaqların saxlanması və tərbiyəsi ilə bağlı razılaşma (saziş) əldə olunması; nikahın pozulmasına qarşılıqlı razılıq olmadığı halda nikahın pozulmasının səbəbi; nikahın pozulması haqqında iddia ilə birlikdə baxıla bilən digər tələbləri. İddia ərizəsinə nikah haqqında şəhadətnamə, uşaqların doğum haqqında şəhadətnamələrinin surətləri, ər-arvadın əmək haqqı və digər gəlirləri barədə sənədlər və iş üçün zəruri olan digər sübutlar əlavə edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsi məhkəməyə Azərbaycan Respublikası MPM–in tələblərinə riayət edilmədən verilmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qərara aldım: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməsinə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №2(064)-1735/2024
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-1735/2024
13.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver