Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-175/2023 01.02.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Socar) “Qaz İxrac” İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, иddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Socar) “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı qaz xəttinə qanunsuz müdaxilə nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Socar) “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı qaz xəttinə qanunsuz müdaxilə nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Təzəkənd QPS-Şirvan QPS” yerüstü əlaqələndirici xəttinə qanunsuz qoşulmaqla təbii qazı talaması ilə bağlı təqsirli hərəkətləri nəticəsində dəymiş maddi ziyana görə 3.217,52 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia яризяси беля ясасландырылмышдыр ки, xx.xx.2022-ci il tarixində Salyan rayonu, Bəşirbəyli kəndi ərazisinin yaxınlığında yerləşən SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinə məxsus lakin SOCAR-ın “Qaz İxrac” İdarəsinin Hacıqabul Magistral X4 (MQKS) müvəqqəti istifadəsində olan “Təzəkənd QPS-Şirvan QPS” yerüstü əlaqələndirici qaz xəttinin (0273/325 mm, yerüstü, layihə təzyiqi 0,6 MPa (6 kqq/sm2), istifadəyə verildiyi tarix 2013-cü il) 5.4-cü kilometrliyində naməlum şəxs tərəfindən qaz xəttinə qanunsuz müdaxilə (qoşulma) aşkar edilmişdir. SOCAR-ın “Qaz İxrac” İdarəsinin Hacıqabul MQKS-in məsul işçiləri tərəfindən kəmərə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, kəmərin beton dirək dayağının mərkəz hissəsi ovulmaqla xəttə 8 millimetrlik dəlik açılmış və torpağa basdırılmış şəkildə 025 millimetrlik polietilen borcu vasitəsi ilə kəmərdən 230 metr məsafədə yerləşən fərdi yaşayış evlərindən birinə tərəf qanunsuz qaz xətti çəkilmişdir. Həmin qanunsuz boru xətti Hacıqabul MQKS-in işçiləri tərəfindən torpaqdan qazılıb çıxarılmış və borunun Cavabdeh kirayədə yaşadığı Salyan rayonu, Pambıqkənd kəndində yerləşən fərdi yaşayış evinə çəkildiyi məlum olmuşdur. Qaz kəmərinə qanunsuz müdaxilə aşkar edildikdən dərhal sonra SOCAR-ın “Qaz İxrac” İdarəsinin Hacıqabul MQKS-in məsul işçiləri tərəfindən 25 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “102 xidməti” zəng mərkəzi vasitəsilə qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazın talanması barədə məlumat verilmiş, həmin məlumat araşdırılması üçün aidiyyəti üzrə Salyan Rayon Polis Şöbəsinə yönləndirilmişdir. Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumatla bağlı xx.xx.2022-ci il tarixində hadisə yerinə baxış keçirilmiş və araşdırmanın aparılması ilə bağlı zəruri olan digər prosessual tədbirlər görülmüşdür. Belə ki, araşdırma zamanı Cavabdeh və digər şəxslərdən izahatlar alınmışdır. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin 28 iyun 2022-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nörməli Aktına və “Dəymiş ziyanın bərpasına dair” tələbnaməsinə uyğun olaraq, Cavabdeh tərəfindən cəmi 26784 m3 həcmində təbii qazdan qanunsuz istifadə edildiyi, bunun nəticəsində “Qaz İxrac” İdarəsinə 3217.52 manat məbləğində maddi ziyanın vurulduğu təsdiq olunur. Salyan rayon Polis Şöbəsi hadisə ilə bağlı araşdırmanı başa çatdıraraq toplanmış materialları Salyan Rayon Prokurorluğuna göndərmişdir. Salyan rayon Prokurorluğu Cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazın talanması nəticəsində SOCAR-ın “Qaz İxrac” İdarəsinə vurduğu maddi ziyanın miqdarının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsi ilə müəyyən olunmuş xeyli miqdardan az olduğundan Salyan Rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarına əsasən, Cavabdeh barəsində AR Cinayət Məcəlləsinin 189-1.1 ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Salyan rayon Prokurorluğu Cavabdeh təbii qazı talaması nəticəsində az miqdarda, yəni 3217.52 (üç min iki yüz on yeddi manat əlli qəpik) manat məbləğində ziyan vurduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi ilə bağlı təqsirli olduğunu müəyyən etmişdir. Prokurorluğun “İnzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında” xx.xx.2022-ci il tarixli Qərarı ilə Cavabdeh barəsində inzibati xəta işi üzrə icraata başlanmış və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli, 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 nömrəli Fərmanına uyğun olaraq Prokurorluğun Qərarı baxılması üçün Azərbaycan Respublikasının Energetika Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji Məsələlərini X1 Filialının “İnzibati tənbeh vermə haqqında” 15 avqust 2022-ci il tarixli, MN0477921 nömrəli qərarına uyğun olaraq, Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə təqsirli bilinərək 150 (bir yüz əlli) manat məbləğində cərimə edilmişdir. Qeyd olunanlardan müəyyən olunur ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində SOCAR-ın “Qaz İxrac" İdarəsinə 3217.52 (üç min iki yüz on yeddi manat əlli qəpik) manat məbləğində maddi ziyan vurmuşdur. Buna baxmayaraq, Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı “Qaz İxrac” İdarəsinə heç bir ödəniş edilməmişdir. Salyan rayon Prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” və “İnzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında” xx.xx.2022- ci il tarixli Qərarlarında zərərçəkənə “Qaz İxrac” İdarəsinə dəymiş ziyanın məhz Cavabdeh təqsirli hərəkətləri nəticəsində vurulduğu təsdiq olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji Məsələlərini X1 Filialının “İnzibati tənbeh vermə haqqında” 15 avqust 2022-ci il tarixli, MN0477921 nömrəli qərarı qərarı ilə qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazın talanması nəticəsində təqsirli olan şəxs müəyyən olunduğuna görə, ziyan vurulan şəxs tərəfindən mülki icraat qaydasında vurulmuş ziyanın ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırmağa hüquqi əsas yaranmışdır. Məhkəmə iclasında: İddiaçının nümayəndəsi X3 iddia ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verdi və iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh əvvəlki məhkəmə iclasında bildirdi ki, 2018-ci ildən Salyan rayonu, Pambıqkənd kəndi ərazisində məskunlaşıb yaşayır. Yaşadığı evindən təxminən 250 metr aralıdan keçə qaz kəmərinə bir müddət əvvəl rezin boru vasitəsilə torpağın altından qeyri-qanuni olaraq xətt qoşmuşdur. Lakin sonradan Salyan RQİİ-nin əməkdaşları tərəfindən bu pozuntu aşkar edilməklə akt tərtib edilmişdir. Bu əməlinə görə o, inzibati qaydada 150 manat cərimə olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda göstərilmişdir ki, abonent Cavabdeh sayğacdan kənar rezin boru vasitəsilə qazdan qeyri-qanuni istifadə etmişdir. Salyan rayon prokurorunun müavini R.Hacıyevin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə Cavabdeh qaz xəttinə qanunsuz qoşulması nəticəsində “Qaz İxrac” İdarəsinə 3.217,52 manat maddi ziyan vurması öz təsdiqini tapmış və barəsində cinayət işinin başlanması rədd olunmaqla inzibati qaydada tədbirlər görülməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli, MN № ******* inzibati tənbeh vermə haqqında qərarla Cavabdeh AR İXM-in 282.1-ci (Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması və ya onlardan istifadə qaydalarının pozulması) maddəsi ilə təqsirli bilinərək 150 manat inzibati cərimə edilmişdir. Göründüyü kimi, Cavabdeh qanunsuz təqsirli hərəkətləri nəticəsində iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Socar) “Qaz İxrac” İdarəsinə 3.217,52 manat maddi ziyan vurması öz təsdiqini tapmışdır. Belə olan halda, iddiaçı haqlı olaraq ona vurulmuş maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə 3.217,52 manat tutulmalıdır. Azяrbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.2-ci maddəsinə эюря, мülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə эюря, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci bəndində deyilir ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 238-253, 357-362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh qaz xəttinə qanunsuz qoşulma nəticəsində vurulmuş мадди ziyana görə 3.217,52 manat alınaraq иддиачы Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Socar) “Qaz İxrac” İdarəsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-175/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-175/2023
01.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver