Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1759/2023 22.11.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4.000 manat pulun və 60 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh Beyləqan rayonunda tanımış və yaxın münasibətləri olmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixdə ondan 1.500 istəmişdir. Həmin vaxt o, Cavabdeh 1.500 manat borc pul vermişdir. Sonra Cavabdeh 2023cü ilin mart ayında ondan borca 3.000 manat pul almışdır. Cavabdeh hər dəfə ondan borca pul götürəndə, həmin tarixlərdə ondan borca pul alması barədə öz xətti ilə qəbz yazaraq söz vermişdir ki, borca aldığı cəmi 4.500 manat pulu tezliklə qaytaracaqdır. Lakin sonra Cavabdeh borca aldığı cəmi 4.500 manat puldan cəmin 500 manat pul qaytarsa da, hər dəfə müxtəlif cür bəhanələr gətirərək, qalan 4.000 manat borc pulu yaxın vaxtlarda qaytaracağını bildirərək onu aldatmışdır. Cavabdeh hazırda işləyir, yüksək əmək haqqı alır və 4.000 manat borc pulu qaytarmağa maddi imkanı var. Ona görə də, hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsinə oxşar izahat verərək bildirdi ki, cavabdeh T.İbişov aldığı puldan heç bir ödəniş etməmişdir. Hazırda cavabdehin borcu 4.500 manat təşkil edir. Odur ki, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddia ərizəsinə əlavə edilmiş: Tarixi qeyd edilməyən qəbzdən görünür ki, Cavabdeh İddiaçı 3.000 manat götürmüş, hissəhissə qaytaracağına söz vermişdir. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 1.500 manat götürmüş, hissəhissə qaytaracağına söz vermişdir. Məhkəmə iddiaçını dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlardan, o cümlədən qəbzlərdən görünür ki, Cavabdeh İddiaçı 1.500 manat və 3.000 manat olmaqla ümumilikdə 4.500 manat pulu borc almış və həmin borcu qısa müddət ərzində tam şəkildə qaytaracağına dair üzərinə öhdəlik götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmiş və həmin borcdan cəmi 500 manat ödəniş etmişdir. Belə olan halda, iddiaçı qalan 4.000 manat pulun ödənilməsi üçün haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bununla yanaşı, AR MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 60 manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 4.000 manat pul və 60 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-1759/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1759/2023
22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver