Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1760/2023 13.12.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 19.500 manat borc pulu və 216 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 19.716 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1987-cu il təvəllüdlü Cavabdeh Beyləqan rayonunda 037 saylı h/h-də birgə xidmət edərkən tanımış və yaxın münasibətləri olmuşdur. Cavabdeh oğ u xx.xx.2023-cü il tarixdə ondan 19.500 manat borc pul istəmişdir. Həmin vaxt o, Cavabdeh 19.500 manat borc pul vermişdir. Cavabdeh ondan borca pul alması barədə öz xətti ilə qəbz yazaraq söz verib ki, borca aldığı 19.500 manat pulu 4 aya qaytaracaqdır. Lakin sonra Cavabdeh hər dəfə müxtəlif cur bəhanələr gətirərək, onu aldatmışdır. Cavabdeh hazırda işləyir, yüksək əmək haqqı alır və 19.500 manat borc pulu qaytarmağa maddi imkanı var. Ona görə də, hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsinə oxşar izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, o, həqiqətən də xx.xx.2023-cü il tarixdə 4 ay müddətinə qaytarmaq şərti ilə iddiaçıdan 19.500 manat pulu borc almışdır. Lakin maddi imkanı olmadığına görə həmin pulu bir dəfəyə qaytara bilməmişdir. Odur ki, iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, o cümlədən tərəflərin izahatları və xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə 4 ay müddətinə qaytarmaq şərti ilə iddiaçıdan 19.500 manat pulu borc almışdır. Lakin üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və borc aldığı pulu qaytarmamışdır. Belə olan halda, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə də iddiaçının bu haqlı tələbini təmin edərək cavabdehdən onun xeyrinə 19.500 manat pulun tutulmasını əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bununla yanaşı, AR MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmə xərci dövlət rüsumuna görə ödənilmiş 216 manatdan ibarətdir. Odur ki, məhkəmə bu məbləğin də iddiaçıdan tutularaq cavabdehə ödənilməsini əsaslı hesab edir. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyirinə 19.500 manat pul və 216 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 19.716 manat pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-1760/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1760/2023
13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver