Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1767/2023 01.12.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xeyrinə Cavabdeh 3.000 manat pulun, 100 manat dövlət rüsumunun və 25 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh təsərrüfatla məşğul olan şəxsdir. Cavabdeh Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yaşayan sabiq sahə polis müvəkkili onunla yaxın münasibətdə olan xanım X1 ilə 2022-ci ilin iyun ayında onların evinə gələrək borc pul verməsini xahiş etmişdir. O, vaxt inəyini satdığından Aygünün sözündən çıxmamaq üçün düzəldərək cavabdehə cəmi 3.000 manat pul verə bilmişdir. Cavabdeh isə onu şirinləşdirmək məqsədi ilə pulu artıqlaması ilə qaytaracağını bildirmiş və ona təşəkkür etmişdir. Lakin cavabdeh pulu bir neçə aya qaytaracağını bildirsə də artıq 1 il ötsə də, pulu qaytarmaq fikri yoxdur. Ona görə də, hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında: İddiaçı işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını və cavabdehdən 3.000 manat pulun və ödənilmiş 50 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçının təşəbbüsü ilə dəvət edilmiş şahid X1 bildirdi ki, İddiaçı onun xahişi ilə 2022-ci ilin yay aylarında Cavabdeh 3.000 manat pulu borc vermişdir. Əjdər pulu bir nüçə ay ərzində qaytaracağını bildirsə də buna əməl etməmişdir. Ona görə də, iddiaçı məcbur qalıb məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 238.1-ci maddəsinin tələbinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsinə əsasən, məhkəmə cavabdehin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını və onun təşəbbüsü ilə dəvət olunmuş şahidi dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, İddiaçı 2022-ci ilin yay aylarında Cavabdeh 3.000 manat pulu borc vermişdir. Cavabdeh həmin pulu bir neçə ay müddətində qaytaracağı barədə üzərinə öhdəlik götürsə də bu öhdəliyini lazımınca yerinə yetirməyərək borcunu qaytarmamışdır. Belə olan halda iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bununla yanaşı, AR MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 50 manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 3.000 manat pul və 50 manat dövlət rüsmunun əvəzi tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni rəsmi qaydada aldığı gündən 10 (on) gün müddətində onun ləğvinə dair ərizə ilə Füzuli Rayon Məhkəməsinə müraciət edə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-1767/2023
Füzuli Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(064)-1767/2023
01.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver