Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-1771/2024 17.09.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızı, iddiaçılar İddiaçı1 Rizvan oğlunun, İddiaçı2 və İddiaçı3 Müseyb qızının Cavabdeh qarşı “vurulmuş ziyanın qaytarılması tələbi”nə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdim: İddiaçılar İddiaçı1 Rizvan oğlu, İddiaçı2 və İddiaçı3 Müseyb qızı Cavabdeh qarşı “vurulmuş ziyanın qaytarılması tələbi”nə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən satıldığından hal-hazırda mövcud olmadığı üçün qızılların dəyəri olaraq cavabdeh X1 2620 manat pulun və 42 manat dövlət rüsumunun İddiaçı3 Müseyib qızına; 8250 manat pulun isə İddiaçı1 Rizvan oğlu və İddiaçı2 alınıb ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddia tələblərinin mahiyyəti cavabdeh tərəfindən satıldığından hal-hazırda mövcud olmadığı üçün qızılların dəyəri olaraq cavabdeh X1 2620 manat pulun və 42 manat dövlət rüsumunun İddiaçı3 Müseyib qızına; 8250 manat pulun isə İddiaçı1 Rizvan oğlu və İddiaçı2 alınıb ödənilməsi tələb olunmasından ibarətdir. Göründüyü kimi, iddiaçılardan biri 2620 manat pulun və 42 manat dövlət rüsumunun özünün xeyrinə tutulmasını, digər iki iddiaçı isə 8250 manat pulun özlərinin xeyrinə tutulmasını tələb etməklə, bir iddia ərizəsində bir cavabdehə bir-biri ilə əlaqədar olmayan iki müstəqil tələbi birləşdirmişlər. Eyni zamanda ümumilikdə 128,7 manat rüsum ödəməli olan iddiaçılar yalnız 43 manat dövlət rüsumu ödəmişlər. Belə ki, iddia ərizəsinin verilməsinə görə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsinə dair sənəd iddia ərizəsinə əlavə edilməmişdir. İddiaçı1 Rizvan oğlu məcburi köçkün statusunda olan şəxs olmasına istinad etmiş, bununla bağlı məcburi köçkün vəsiqəsinin surətini təqdim etmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı Rəhimov X2 rayonu Arayatlı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 1-8-10/2- 1204/2024 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olmuş 2024-cü il 31 may tarixli, 3-36/2-187/2024 nömrəli məktubunda digər ərazilərlə yanaşı, Füzuli rayonunun Arayatlı kəndindən və olan məcburi köçkünlər artıq 1994-cü ildə və ondan sonrakı illərdə yaşadıqları yerlərə qayıtdıqlarına, eləcə də kənd sakinlərinin faktiki olaraq orada yaşadıqları və onların daimi yaşayış yerlərini tərk edərək məcburi köçkün düşmə faktı baş vermədiyinə görə, 2024-cü ilin 1 may tarixindən Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununun 14-cü maddəsinə və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanununun 3-cü maddəsinə əsasən onların məcburi köçkün statusunun ləğv edildiyi və sosial müdafiə tədbirlərinin verilməsinin dayandırıldığı bildirilir. Göründüyü kimi, Füzuli rayonunun Arayatlı kəndindən olan İddiaçı1 Rizvan oğlunun məcburi köçkün statusu ləğv edilmişdir və bu səbəbdən də o, iddia ərizəsinin verilməsinə görə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinə əsasən tələblərinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə birbiri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. İddia ərizəsindən və iddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********* nömrəli qəbzdən görünür ki, İddiaçı3 Müseyb qızı tərəfindən dövlət rüsumuna görə 43 manat ödənilmişdir. Qeyd olununlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından İddiaçı3 Müseyb qızı tərəfindən Füzuli Rayon Məhkəməsinə müraciət edilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 43 manat məbləğində pul ona geri qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qərara aldım: İddiaçılar İddiaçı1 Rizvan oğlunun, İddiaçı2 və İddiaçı3 Müseyb qızının Cavabdeh qarşı “vurulmuş ziyanın qaytarılması tələbi”nə barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etməyə mane olmur. Məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 43 manat (xx.xx.2024-cü il tarixli ********* nömrəli qəbz) İddiaçı3 Müseyb qızına geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Səkinəxanım Məmmədli İş № 2(064)-1771/2024 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2024-cü il Bakı şəhəri Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızı, iddiaçılar İddiaçı1 Rizvan oğlunun, İddiaçı2 və İddiaçı3 Müseyb oğlunun Cavabdeh qarşı “vurulmuş ziyanın qaytarılması tələbi”nə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 10:10-da başlandı. Hakim təqdim edilmiş sənədləri aydınlaşdırır. Hakim iddiaçılar İddiaçı1 Rizvan oğlunun, İddiaçı2 və İddiaçı3 Müseyb oğlunun Cavabdeh qarşı “vurulmuş ziyanın qaytarılması tələbi”nə dair iddia ərizəni nəzərdən keçirərək qərardad qəbul etdi. Prosessual hərəkət saat 10:15-də başa çatdı. Hakim Səkinəxanım Məmmədli.
Məhkəmə qərarları › İş №2(064)-1771/2024
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-1771/2024
17.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver