Məhkəmə qərarları › İş №2(064)-1794/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1794/2025

01.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1794/2025 01.10.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qaşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qaşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1800 manat borc pulun və 38 manat ödənilmiş dövlət rüsumunun tutulularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılımasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh Beyləqan rayonunda tanımış və yaxın münasibətləri olmuşdur. Cavabdeh 2024-cü ilin yanvar ayında onun yanına gələrək ondan 2000 (iki min) manat borca pul almış və bu barədə öz xətti ilə qəbz yazaraq 5 aya qədər qaytaracağına söz vermişdir. Cavabdeh ondan borca aldığı 2000 manatdan cəmi 200 (iki yüz) manat qaytarsa da, 1800 manat pulu bu zamana qədər qaytarmamışdır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan əlavə olaraq iddiaçı 38 manat dövlət rüsumu ödəmişdir. İddiaçı məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin o, məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etdiyini və borcunu maddi imkanı olmadığı üçün ödəyə bilmədiyini qeyd edərək borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. O, bununla bağlı ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq olunmuş: - Qəbzdə qeyd olunur: “mən Cavabdeh 1998-ci ildə Bakı şəhərində anadan olmuşam, hal-hazırda Füzuli rayonu, Əhmədalılar kəndində yaşayıram. İddiaçı borc olaraq 2000 manat götürdüm. 5 aya qaytaracağıma söz verirəm.” İmza: var, Cavabdeh. - Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizədə qeyd olunur ki, İddiaçı tərəfindən ona qarşı qaldırılmış iddianı qəbul edir. Pulu olmadığına görə borcunu ödəməmişdir. Hal-hazırda borcunu hissə-hissə ödəyəcək. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı hazırkı iddia ilə əlaqədar 38 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Məhkəmə iclasında müəyyən edildi ki, cavabdehin iddiaçıya ümumilikdə 3400 manat borcu var. Cavabdeh həmin borcu ödəməmişdir. Yaranmış borcu ödəməsi cavabdehə təklif edilsə də, o, borcunu ödəməkdən yayınmışdır. İş materiallarından da göründüyü kimi, iddia tələbi cavabdehin özü tərəfindən etiraf edilərək, iddia tələbi qəbul edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 52.2. maddəsində göstərilirki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən iddia etiraf edilərək, iddia tələbi qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf edərək qəbul etməsi iddianın təmin edilməsi üçün yetərlidir. Buna görə də, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul edilərək, iddia təmin edilməli, Cavabdeh 1800 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 38 manat dövlət rüsumu da Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1800 (min səkkiz yüz) manat məbləğində pul və 38 (otuz səkkiz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar