Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-1821/2023 18.09.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi X2, iddiaçı “X1” ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X1” ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 290,66 manat əsas, 65,96 manat faiz və 3,65 manat cərimə borcu, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 390,27 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in: - 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. - 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, cavabdeh ünvan 1 ünvanında rəsmi qeydə alınmışdır. İddiaçı iddia ərizəsində də cavabdehin rəsmi qeydə alındığı ünvanın Bakı şəhərində yerləşdiyini göstərdiyi halda, iddia ərizəsini baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərmişdir. Halbuki, iddiaçı iddia ərizəsini baxılması üçün cavabdehin rəsmi qeydə alındığı ünvan üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərməli idi. Məhkəmə göstərilən qanunvericilik normalarına və işin müvafiq prosessual halına əsaslanaraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata götürülmədən özünə geri qaytarılmalı və ona ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə hazırki məzmunlu iddia ərizəsi ilə müraciət etmək hüququnun olması izah olunmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Repsublikası MPM-in 284-3, 152.1, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı “X1” ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı “X1” ASC ərazi aidiyyəti üzrə cavabdehin yaşayış yeri üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə hazırki məzmunlu iddia ərizəsi ilə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(064)-1821/2023
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-1821/2023
18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver