Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1854/2024 27.11.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qaşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qaşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3400 manat borc pulun və 54 manat ödənilmiş dövlət rüsumunun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh Beyləqan rayonunda tanımış və yaxın münasibətləri olmuşdur. Cavabdeh 2023-cü ilin aprel ayında yanına gələrək ondan 2000 (iki min) manat borca pul almışdır və öz xətti ilə qəbz yazmaqla tezliklə qaytaracağına söz vermişdir. Sonra Cavabdeh 2023-cü ilin may ayında yanına gələrək ondan əlavə olaraq 1400 (min dörd yüz) manat borca pul almışdır və öz xətti ilə qəbz yazmaqla tez bir zamanda qaytaracağına söz vermişdir. Cavabdeh əvvəllər də ondan borca pul alsa da vaxtında qaytarmışdır. Lakin Cavabdeh hər dəfə müxtəlif cür bəhanələr gətirərək, ondan borca aldığı 3400 manat pulu yaxın vaxtlarda qaytaracağını bildirərək onu aldatmışdır. Cavabdeh hazırda işləyir, yüksək əmək haqqı alır və ona olan 3400 manat pulu qaytarmağa maddi imkanı var. Bundan əlavə olaraq iddiaçı 54 manat dövlət rüsumu ödəmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmənin yeri və vaxtı barədə rəsimi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə iddianı qəbul etməsi, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyi və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi barədə teleqram ünvanlamışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq olunmuş: Qəbzdə qeyd olunur: “mən Cavabdeh Vahid oğlu xx.xx.1988 Füzuli Rayon Qaraxanbəyli kəndində anadan olmuşam, hal-hazırda Beyləqan rayonunda yaşayıram. İddiaçı borc olaraq 1400 manat götürdüm. 5 aya qaytaracağıma söz verirəm.” İmza: var, Cavabdeh. Digər qəbzdə qeyd olunur: “mən Cavabdeh Vahid oğlu xx.xx.1988 Füzuli Rayon Qaraxanbəyli kəndində anadan olmuşam, hal-hazırda Beyləqan rayonunun Qəhramanlı qəsəbəsində yaşayıram. İddiaçı borc olaraq 2000 manat borc götürdüm. 3 aya qaytaracağıma söz verirəm.” İmza: var, Cavabdeh. -Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli teleqramda qeyd olunur ki, İddiaçı tərəfindən ona qarşı qaldırılmış iddia üzrə 3400 manat iddianı qəbul edir. Pulu olmadığına görə borcunu ödəməmişdir. Hal-hazırda borcunu hissə-hissə ödəyəcək. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı hazırkı iddia ilə əlaqədar 54 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Məhkəmə iclasında müəyyən edildi ki, cavabdehin iddiaçıya ümumilikdə 3400 manat borcu var. Cavabdeh həmin borcu ödəməmişdir. Yaranmış borcu ödəməsi cavabdehə təklif edilsə də, o, borcunu ödəməkdən yayınmışdır. İş materiallarından da göründüyü kimi, iddia tələbi cavabdehin özü tərəfindən etiraf edilərək, iddia tələbi qəbul edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 52.2. maddəsində göstərilirki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən iddia etiraf edilərək, iddia tələbi qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf edərək qəbul etməsi iddianın təmin edilməsi üçün yetərlidir. Buna görə də, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul edilərək, iddia təmin edilməli, Cavabdeh 3400 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 54 manat dövlət rüsumu da Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 3400 (üç min dörd yüz) manat məbləğində pul və 54 (əlli dörd) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №2(064)-1854/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1854/2024
27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver