Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-1897/2023 16.10.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı verdiyi “borcun ödənilməsi” tələbinə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı "xxxx" KB ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 02 fevral 2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 1214,12 manat əsas, 35,14 manat faiz və 9,56 manat cərimə borcu, ödənilmiş dövlət rüsumuna görə 32,99 manat olmaqla, cəmi 1291,81 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə 16 oktyabr 2023-cü il tarixli ərizə ilə müraciət edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin əslinin ona qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in: - 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. - 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlandıqda, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyinə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanmalı, iddiaçının dövlət rüsumuna görə ödədiyi 32,99 manat məbləğində pul özünə qaytarılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 259.0.11, 114.1, 263-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı verdiyi “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərin əsli iddiaçı "xxxx" KB ASC-yə qaytarılsın. İddiaçı "xxxx" KB ASC-nin dövlət rüsumuna görə ödədiyi 32,99 manat məbləğində pul özünə ("xxxx" KB ASC, bankın kodu: 503637, VÖEN:**********, M/h: AZ46NABZ********************, S.W.İ.F.T. UBAZAZ22XXX) qaytarılsın. Qərardadın icrası Füzuli rayon Maliyyə şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(064)-1897/2023
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-1897/2023
16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver