Məhkəmə qərarları › İş №2(064)-193/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-193/2023

13.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-193/2023 13.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı miras payın bağışlama müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı miras payın bağışlama müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında Füzuli rayon Dövlət Notariat Kontorunda bağlanmış 11 iyun 2015-ci il tarixli miras payın bağışlama müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının qızıdır. Füzuli rayon Dövlət Notariat Kontorunda onunla Cavabdeh arasında bağlanmış 11 iyun 2015-ci il tarixli miras payın bağışlama müqaviləsinə əsasən o, xx.xx.2010-cu ildə vəfat etmiş əri X1 ona miras qalmış (DƏDRX-nın 6 saylı Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı ******* nömrəli xx.xx.2007-ci il tarixli çıxarışa əsasən) Füzuli rayonu, Əhmədbəyli kəndində yerləşən 4 otaqlı yaşayış evindən və 0,33 ha həyətyanı torpaq sahəsindən ona çatan payı cavabdehə bağışlamışdır. Lakin cavabdeh bundan sonra ona qarşı normal qohumluq münasibəti göstərməmiş, nəticədə onunla aralarında olan münasibətləri tamamilə pozulmuşdur. Belə ki, cavabdeh onun ona bağışladığı evdə yaşamağına imkan vermir və onu həmin evdən çıxarmaq istəyir. Bu barədə onunla söhbətlər aparmağına baxmayaraq, bunun heç bir nəticəsi olmamışdır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsində göstərilənlərlə oxşar məzmunda izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı ilə bağlı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Lakin məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini qəbul etdiyini və miras əmlakın bağışlama müqaviləsinin ləğv edilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-cu il tarixində vəfat etmiş mərhum X2 vərəsələri İddiaçı və Cavabdeh hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdır. xx.xx.2015-ci il tarixli miras payın bağışlama müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixində vəfat etmiş X1 miras qalmış ona çatan payı Cavabdeh bağışlamışdır. Hazırda iddiaçı ana İddiaçı cavabdeh qızı Cavabdeh ona qarşı normal qohumluq münasibəti göstərmədiyini, nəticədə onunla aralarında olan münasibətlərinin tamamilə pozulduğunu əsas gətirərək xx.xx.2015-ci il tarixli miras payın bağışlama müqaviləsinin ləğv edilməsinə dair məhkəmədə iddia qaldırmışdır. Cavabdeh iddia tələbini qəbul edərək həmin müqavilənin ləğv edilməsinə razı olduğunu bildirmişdir. Odur ki, məhkəmə belə hesab edir ki, iddia tələbi əsaslı sayılaraq təmin edilməlidir. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikd 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Füzuli rayon Dövlət Notariat Kontorunda bağlanmış 11 iyun 2015-ci il tarixli miras payın bağışlama müqaviləsi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar