Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-2010/2025 26.11.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştrakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qaşı “maneənin aradan qaldırılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qaşı “maneənin aradan qaldırılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində yerləşən və ona məxsus olan 2555.23 kv.m həyətyanı torpaq sahəsində Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 6 saylı ərazi idarəsinin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına cavabdehlər tərəfindən yaradılmış maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində yerləşən, Füzuli rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli, 18 saylı qərarı ilə mərhum atası X5 adına verilmiş 2555.23 kv.m həyətyanı torpaq sahəsi atasının vəfatından sonra qanuni əsaslarla ona məxsusdur. Atası 2014-cü, anası isə 2018-ci ildə vəfat etmişdir. Cavabdehlər bu torpaq sahəsi ilə bağlı ona qarşı müxtəlif iddialar (miras əmlakın bölünməsi və s.) irəli sürsələr də, müvafiq məhkəmə qətnamələri ilə onların iddiaları təmin edilməmiş və onun həmin əmlak üzərində mülkiyyət hüququ tanınmışdır. Mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması (çıxarışın verilməsi) məqsədilə Əmlak Məsələsən Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinə müraciət etmişdir. Lakin cavabdehlər həmin torpaq sahəsində və fərdi yaşayış evində ərazi idarəsinin mütəxəssislərinin invertarlaşdırma işləri aparmasına maneçilik törətmişlər. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Cəhdlərinin heç biri nəticə vermədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı Lalə onun bacısıdır. Həmin torpaq atasının sağlığında 2010-cu ildə verilib. Kənddə hamı bilir ki, o, mübahisəli torpaqda ev tikmişdir. Hal-hazırda işi ilə əlaqədar Xankəndində müvəqqəti yaşayır. Anası ölən günə qədər o, anası ilə birlikdə yaşamışdır. Lalə hal-hazırda ata evində yaşayır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2ı iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı Lalə onun bacısıdır. O, boşandıqdan sonra mübahisəli torpaq sahəsində yerləşən evdə yaşamaq üçün oraya gəlsə də, aralarında mübahisələr yarandığından həmin evdən çıxıb getmişdir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında izahatında bildirmişdir ki, iddiaçı Lalə onun bacısıdır. Atası sağlığında mübahisəli torpaq sahəsində ev tikmək üçün ona bələdiyyə vasitəsil ə icazə vermişdir. Həmin mübahisəli torpaqda o, tövlə tikmişdir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 6 saylı Beyləqan ərazi idarəsi tərəfindən **********47 saylı, xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunur: “Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində yerləşən fərdi yaşayış evi üzərində mərhum X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 31 oktyabr 2022ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinizə 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, daxil olmuş müraciət əsasında Ərazi İdarəsinin mütəxəssisləri sözügedən fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə baxış keçirilərək müvafiq inventarlaşdırma işləri aparılması üçün həmin ünvanda olsa da, inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində yerləşən fərdi yaşayış evi üzərində mərhum X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 31 oktyabr 2022ci i! tarixli, ********** qeydiyyat nömrəli müraciətinizin icrasından imtina edilir. Bundan əlavə bildiririk ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.” - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xərtəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 1i ərazisində X3 həmin kəndə Füzuli rayonu, X8 1998-ci il tarixli 05 iyun tarixli 18 nömrəli qərarı ilə 2555,23 kv.m həyətyani torpaq sahəsi verilmişdir. Dövlət Torpaq kadastrı kitabında xx.xx.2009-cu il tarixində 487 nömrə ilə uçota alınmışdır. -Füzuli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(064)-718/2019 saylı qətnaməsindən görünür ki, iddiaçılar X6, Cavabdeh3, Cavabdeh1, X9 və X2 cavabdehlər X4 və İddiaçı qarşı “yaşayış hüququ bərpa edilməklə evə köçürülmə, evdən, həyətyani torpaq sahəsindən və yardımçı tikilərdən istifadə qaydalarının müəyyən edilməsi tələbi”nə dair iddialarının əsassız olduğundan rədd edilməsi qət edilmişdir. -Füzuli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(064)-499/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “əmlakın bölünməsi və həmin əmlakdan onun payının müəyyən edilməsi tələbi”nə dair iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir. -Füzuli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(064)-1134/2019 saylı qərardadından görünür ki, iddiaçı X9 cavabdeh İddiaçı qarşı “yaşayış sahəsinə köçürmə və əmlak tələbinə” dair iddia ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilmişdir. (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iş üzrə icraata xitam verir.) - Füzuli Rayon Dövlət notariat kontoru tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli vəsiyyətnamənin surətindən görünür ki, ünvan 1i ünvanında yaşayan X7 harada yerləşməsindən asılı olmayaraq ölən günədək ona məxsus olan bütün əmlakını qızı ünvan 1i ünvanında yaşayan İddiaçı vəsiyyət etmişdir. - Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(106)- 2363/2020 saylı qərardadından görünür ki, iddiaçı X9 şikayəti təmin edilməmiş, Füzuli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(064)-718/2019 saylı qərardadı dəyişdirilməməsi qərara alınmışdır. -xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı 100 manat dövlət rüsumunu məhkəmənin hesabına ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29-cu maddəsinin 4-cü hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84.3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq sahəsinə iddiaçının və vəsiyyət üzrə vərəsəlik qaydasında mülkiyyətçi hüququnun yaranması işin mübahisəsiz halıdır. İddiaçı həmin torpaq sahəsində ölçmə işləri aparmaq istəyir. Cavabdehlər isə mübahisəli torpaq sahəsində ev tikdiklərini, uzun müddət orada yaşadıqları əsası ilə iddiaya etiraz etmişlər və iddia ərizəsində qeyd olunan işlərin aparılmasına maneəçilik törədirlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutları nəzərdən keçirərək iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddiaçının mülkiyyətçi hüququnun qeydə alınması ölçmə işlərinin aparılmasından asılı olduğundan və həmin sahədə cavabdehlərin yaşaması və ya fərdi yaşayış evi inşa etməsi ölçmə işlərinin aparılmasını istisna etmədiyindən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in: -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu” haqqında Qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin .... verilməsinə görə dövlət rüsumunun məbləği 100 manatdır. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Hazırki iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində yerləşən və iddiaçıya məxsus olan 2555.23 kv.m həyətyanı torpaq sahəsində Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRXin 6 saylı ərazi idarəsinin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən yaradılmış maneə aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №2(064)-2010/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-2010/2025
26.11.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver