Məhkəmə qərarları › İş №2(064)-2033/2024

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-2033/2024

22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-2033/2024 22.10.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızı, İddiaçı Cavabdeh qarşı “borc pul, qızıl və onların dəyəri tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “borc pul, qızıl və onların dəyəri tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10000 (on min) manat pulun, bir cüt 585 əyyarlı, 7 qram çəkisi, 910 manat qiyməti olan abadoklu brilyant qaşlı qızıl sırğanın və ya onun dəyərinin, 585 əyyarlı, 5,3 qram çəkidə, 477 manat qiyməti olan bir ədəd qızıl boyunbağının və ya onun dəyərinin, 585 əyyarlı, 2,4 qram çəkidə 216 manat qiyməti olan bir ədəd qızl qolbağının və ya onun dəyərinin və 585 əyyaıiı, 3 qram çəkidə 270 manat qiyməti olan bir cüt uşaq üçün qızıl sırğanın və ya onun dəyərinin və 126 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinə əsasən tələblərinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən görünür ki, iddiaçı mülkiyyət hüququnun müdafiəsi ilə bağlı tələblə, yəni qızıl-zinət əşyaların qaytarılması ilə tələbi ilə yanaşı, müqavilə öhdəliyinin yerinə yetirilməməsindən irəli gələn tələbi bir ərizədə verməklə biri-biri ilə əlaqədar olmayan iki tələbləri eyni anda irəli sürmüşdür ki, bu hal yuxarıda qeyd olunan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinin tələblərinə uyğun deyil. İddiaçı tərəfindən iddia ərizəsinin forma və məzmununa riayət olunmamışdır. Belə ki, iddia ərizəsinin forması Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Hesab edirəm ki, iddiaçı yalnız biri-biri ilə əlaqədar olmayan bir neçə tələbi bir ərizədə birləşdirdiyindən, hazırki tələblər isə biri-biri ilə əlaqədar olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd edilən Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı “borc pul, qızıl və onların dəyəri tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar