Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-2037/2024 19.12.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçının Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - İddiaçı) iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə (bundan sonra – Məhkəmə) müraciət edərək 700 manat məbləğində borcun əvəzinin Cavabdeh (bundan sonra - Cavabdeh) alınaraq İddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçıdan qaimə əsasında nisyə məişət avadanlığı almışdır. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etmir, ödəniş barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ödəməli olduğu borcunu ödəməkdən yayınır. Hazırda onun 700 manat borcu vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qanunvericiliyin tələbinə əsasən məhkəmə iclasını Cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Lakin Cavabdeh məhkəmə iclasında iştirak etməsə də ərizə ilə Məhkəməyə müraciət edərək iddia tələbini qəbul etdiyini və 700 manat məbləğində olan borcunu etiraf etdiyini bildirmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli qaimə əsasında müəyyən edilir ki, Cavabdeh İddiaçıdan 200 manat ilkin ödəniş edərək dəyəri 850 manat olan “LG” markalı paltaryuyan təhvil almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli qaimə əsasında müəyyən edilir ki, Cavabdeh İddiaçıdan 200 manat ilkin ödəniş edərək dəyəri 850 manat olan “Samsung” markalı paltaryuyan təhvil almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Cavabdehin yazılı ərizəsi əsasında müəyyən edilir ki, 700 manat məbləğində borcunu etiraf etmişdir. Belə olan halda İddiaçı haqlı olaraq Məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları əsasında müəyyən olunur ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, lakin Cavabdeh həmin müqavilənin şərtlərini pozaraq müqavilə üzrə müəyyən olunmuş öhdəliyini yerinə yetirməyərək İddiaçıdan cəmi 1700 manat dəyərində məhsul almış, lakin həmin məhsulların dəyərini tam ödəməmişdir. Bu barədə Cavabdeh məhkəməyəqədərki dövrdə məlumatlandırılmışdır. Belə olan halda, Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdehdən İddiaçının xeyrinə 700 manat məbləğində borcun əvəzi tutulmalıdır. Odur ki, Məhkəmə yuxarıda göstərilənlərə əsasən və AR MPM-in 216-232, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 700 manat məbləğində pul tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-2037/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-2037/2024
19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver