Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-2042/2025 07.01.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qaşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qaşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5710 (bes min yeddi yüz on) manat əsas borc və dəymiş ziyana görə 5710 (beş min yeddi yüz on) manat olmaqla (yəni 5710+5710=11420 (on bir dörd yüz iyirmi)) manat pulun qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı yaxından tanıdığı Cavabdeh müxtəlif vaxtlarda, yəni 16 aprel 2023-cü ildə 2210 (iki min iki yüz on) manat, 25 may 2023-cü il tarixdə 2500 (iki min beş yüz) manat, 09 yanvar 2024- cü il tarixdə isə 1000 (bir min) manat pul vermişdir. Cavabdeh pulu ondan alaraq başqa adamlara vermişdir. Dəfələrlə pulu tələb etsə də, cavabdeh borcu qaytarmaqdan imtina edir. Cavabdehin ona hazırda borcu 2210+2500+1000=5710 manat olmuşdur. Cavabdeh 16 aprel, 25 may, 09 yanvardan indiyə qədər müddətə ona xeyli maddi ziyan, yəni 5710 manat əsas borcu, bir o qədər də dəymiş ziyana görə 5710 manat ziyan vurmuşdur. Cavabdeh aldığı borcların hamısını öz imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin o, məhkəməyə ərizə ünvanlayaraq iddia tələbinin qəbul etmədiyini qeyd edərək bildirmişdir ki, işdə olan 16 aprel 2023-cü il, 25 may 2023-cü il və 09 yanvar 2024-cü il tarixli borc pulun alınmasına dair qəbzlərdəki imzalar ona məxsusdur. O, oğluna məxsus pensiya və çörək pulu kartını iddiaçıya verərək həmin qəbzlərdə qeyd olunan pulları faizi ilə birlikdə iddiaçıya qaytarmışdır. Həmçinin məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2023-cü il tarixli borc alma haqqında izahatda qeyd olunur: “mən Cavabdeh yaxından tanıdığım İddiaçı 2210 manat borcu 10 ay müddətində qaytarmaq şərti ilə alıram” borc verənin imzası: var Ələkbərov, borc alanın imzası var, Cavabdeh xx.xx.2023cü il” - xx.xx.2023-cü il tarixli Qəbzdə qeyd olunur: “mən Cavabdeh yaxından tanıdığım İddiaçı 2500 manat borc alıram, dəymiş ziyanı ödəməklə” borc verənin imzası: var, Ələkbərov, borc alanın imzası: var, Cavabdeh xx.xx.2023-cü il.” -xx.xx.2024-cü il tarixli borc alma haqqında izahatda qeyd olunur: “mən Cavabdeh yaxından tanıdığım İddiaçı 1000 manat borcu 2 ay müddətində qaytarmaq şərti ilə alıram” borc verənin imzası: var, Ələkbərov, borc alanın imzası: var, Cavabdeh xx.xx.2024-cü il.2 -qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 134 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin: -21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. -1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. İddiaçı cavabdehdən 5710 manat borc pulun tutulmasını tələb etmiş və tələbini pulun alınmasına dair cavabdeh tərəfindən imzalanmış qəbzlərlə əsaslandırmışdır. Cavabdeh məhkəməyə ünvanladığı ərizəsində iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş pulun alınmasına dair 16 aprel 2023-cü il, 25 may 2023-cü il və 09 yanvar 2024-cü il tarixli qəbzlərdəki imzaların ona məxsus olduğunu, idiaçıdan qeyd edilən pulu aldığını, lakin həmin pulu iddiaçıya qaytardığını bildirmişdir. Cavabdeh iddiaçıya borcunu qaytardığını bildirsə də, bununla əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə işdə olan qəbzləri araşdıraraq hesab edir ki, iddiaçının cavabdehə 5710 manat məbləğində pul verməsi təsdiq edilir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən 5710 manat borc pulun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Həmçinin iddiaçı zərərin əvəzi olaraq 5710 manat məbləğində pulun da cavabdehdən tutulmasını tələb etsə də, cavabdeh ondan aldığı pul vəsaitini vaxtında qaytarmaması ilə bağlı iddia etdiyi məbləğdə zərərə uğramasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş ürzə sübutlarla cavabdehin öhdəliyini yerinə yetirməməsi nəticəsində iddiaçıya zərər dəyməsi halı təsdiq edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin öhdəliyini yerinə yetirməməsi nəticəsində iddiaçının zərərə uğraması halı təsdiq edilmədiyindən iddia tələbi zərərin əvəzinin ödənilməsinə dair hissədə təmin edilə bilməz və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı məhkəməyə hazırki iddia ilə müraciət edərkən 134 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsində ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən cavabdehdən tələb edilməmişdir. Odur ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, iddia qismən təmin edilməli, Cavabdeh 5710 manat borc pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 5710 (beş min yeddi yüz on) manat borc pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №2(064)-2042/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-2042/2025
07.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver