Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-2084/2024 25.10.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızı, İddiaçı cavabdeh X3 qarşı “alimentin məbləğinin artırılması tələbi”nə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdim: İddiaçı cavabdeh X3 qarşı “alimentin məbləğinin artırılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin “qoşma” hissəsində, yəni iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısında cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin, yaşayış yerindən arayış, qətnamənin surəti, iddiaçının şəxsiyyət vəsiqəsinin surəti, nikahın pozulmasına dair şəhadətnaməsinin surəti X1 iddia ərizəsinə əlavə edilməsi göstərilsə də, iş materiallarında həmin sənədlər (onların surəti) aşkar olunmamış, hətta bu barədə məhkəmənin dəftərxanası barədə akt tərtib olunmuşdur. Həmçinin iddia ərizəsinə iddiaçı tərəfindən imza edilməmişdir. Bununla da müəyyən olunur ki, Füzuli Rayon Məhkəməsinə hazırki iddia ilə müraciət etməsi üçün iddiaçı tərəfindən müəyyən olunmuş qaydada qoşmada olan sənədlər və iddia ərizəsi iddiaçı tərəfindən imza edilmədən məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.5-ci maddəsinə əsasən ərizədə həmçinin ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmçinin iddia ərizəsinin “qoşma” hissəsində, yəni iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısında iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənədin, cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin, yaşayış yerindən arayış,qətnamənin surəti, iddiaçının şəxsiyyət vəsiqəsinin surəti, nikahın pozulmasına dair şəhadətnaməsinin surəti X1 iddia ərizəsinə əlavə edilməsi göstərilsə də, iş materiallarında həmin sənədlər (onların surəti) aşkar olunmamışdır. Hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinin tələblərinə riayət edilmədiyinə, buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün olmadığına, eyni zamanda iddia ərizəsində qoşma hissəsində qeyd edilən sənədlər ərizəyə əlavə edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsi məhkəməyə Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilmədən verilmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qərara aldım: İddiaçı cavabdeh X3 qarşı “alimentin məbləğinin artırılması tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməsinə mane olmur. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №2(064)-2084/2024
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-2084/2024
25.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver