Məhkəmə qərarları › İş №2(064)-212/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-212/2023

19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-212/2023 19.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, Füzuli Rayon Məhkəməsinin hakimi Həşimov Yaşar Xanoğlan oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli, 332908-CNS-27556 saylı müqaviləyə əsasən 1.554,45 manat əsas borc, faiz borcu üzrə 198,86 manat, cərimə borcu üzrə 192,55 manat olmaqla cəmi 1.945,86 manat və xx.xx.2021-ci il tarixli, 332908-OVR-16458 saylı müqaviləyə əsasən 317,06 manat əsas borc, faiz borcu üzrə 60.99 manat, cərimə borcu üzrə 113,05 manat olmaqla cəmi 491,10 manat kredit borcunun və 44,37 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 07 oktyabr 2021-ci il tarixli, 332908-CNS-27556 saylı “Nağd pul krediti müqaviləsi”nin 3.8-ci bəndinə əsasən Cavabdeh istehlak məqsədi ilə illik 24 faiz hesablanması şərti ilə 36 ay müddətinə 1.800 manat məbləğində kredit verilərək kart hesabına köçürülmüşdür. Həmçinin bank ilə Cavabdeh arasında bağlanmış 07 oktyabr 2021-ci il tarixli, 332908-OVR-16458 saylı “Kredit xətti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə istifadə edilmiş məbləğə illik 25 faiz hesablanması şərti ilə 36 ay müddətinə 400 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Mübasənin məhkəmədən kənar həli üçün cavabdehə xəbərdarlıq edilsə də, öz öhdəliyini bu günədək tam icra etməmişdir. Hazırda cavabdehin banka borcu qalmışdır. Qeyd olunanlara əsasən, iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 07 oktyabr 2021-ci il tarixli, 332908-CNS-27556 saylı “Nağd pul krediti müqaviləsi”nin 3.8-ci bəndinə əsasən Cavabdeh istehlak məqsədi ilə illik 24 faiz hesablanması şərti ilə 36 ay müddətinə 1.800 manat məbləğində kredit verilərək kart hesabına köçürülmüşdür. Həmçinin bank ilə Cavabdeh arasında bağlanmış 07 oktyabr 2021-ci il tarixli, 332908-OVR-16458 saylı “Kredit xətti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə istifadə edilmiş məbləğə illik 25 faiz hesablanması şərti ilə 36 ay müddətinə 400 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Hazırda cavabdehin banka xx.xx.2021-ci il tarixli 332908-CNS-27556 saylı müqaviləyə əsasən 1.554,45 manat əsas borc, faiz borcu üzrə 198,86 manat, cərimə borcu üzrə 192,55 manat olmaqla cəmi 1.945,86 manat və xx.xx.2021-ci il tarixli 332908-OVR-16458 saylı müqaviləyə əsasən 317,06 manat əsas borc, faiz borcu üzrə 60.99 manat, cərimə borcu üzrə 113,05 manat olmaqla cəmi 491.10 manat borcu vardır. Göründüyü kimi, cavabdeh hər iki müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Belə olan halda, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bununla belə, məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənəsübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə belə hesab edir ki, iddiaçının hər iki müqavilə üzrə tələb etdiyi 192,55 və 113,05 manat dəbbə pulları əsas borclara münasibətdə tənasübsüz surətdə yüksək olduğu üçün müvafiq olaraq azaldılmalı 155 və 31 manat məbləğlərində müəyyən edilməlidir. Bundan başqa, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 44,37 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 234 və 284-5-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, 332908-CNS-27556 saylı müqaviləyə əsasən 1.554,45 manat əsas borc, faiz borcu üzrə 198,86 manat, cərimə borcu üzrə 155 manat olmaqla cəmi 1.908,31 manat və xx.xx.2021-ci il tarixli, 332908- OVR-16458 saylı müqaviləyə əsasən 317,06 manat əsas borc, faiz borcu üzrə 60,99 manat, cərimə borcu üzrə 31 manat olmaqla cəmi 409,05 manat olmaqla hər iki müqavilə üzrə ümumilikdə 2.317,36 manat pul və 44,37 manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar