Məhkəmə qərarları › İş №2(064)-2154/2024

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-2154/2024

05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-2154/2024 05.11.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı verdiyi “borcun ödənilməsi” tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlərə Füzuli Rayon Məhkəməsinin inzibati binasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - İddiaçı) iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə (bundan sonra – Məhkəmə) müraciət edərək Cavabdehdən 3300 manat məbləğində borcun tutulub İddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddia ərizəsi İddiaçı tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası MPM-in: - 152-ci maddəsinə əsasən iddia ərizəsi aşağıdakı hallarda: - 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda. Məhkəmə göstərilən qanunvericilik normaları və ərizənin məzmunu ilə bağlı hallara əsaslanaraq hesab edir ki, İddiaçı tərəfindən verilmiş ərizə və ona əlavə olunmuş sənədlər birlikdə iddiaçıya geri qaytarılmalı və iddiaçıya göstərilən nöqsanı aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Repsublikası MPM-in 263, 264, 266- 269-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı verdiyi “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı iddia ərizəsinin qaytarılması üçün əsas olan Azərbaycan Respublikası MPMin 152.1.2-ci maddəsində nəzərdə tutulmuş tələbə riayət etməsini təsdiq edən sənədi əlavə etməklə aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar