Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-2177/2025 26.11.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qaşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qaşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 6200 manat pulun və 82 manat dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, İddiaçı, xx xxxx 1990-cı il tarixdə Şirvan şəhərində anadan olmuşdur. 2020-ci ildə könüllü olaraq İİ Qarabağ müharibəsində iştirak etmişdir. Qubadlı rayonu ərazisində gedən döyüşlərdə yaralanmışdır. Döyüşlərdə göstərdiyi fəallığa görə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə xx.xx.2020-ci il tarixdə "Cəbrayılın azad olunmasına görə" medalı ilə, xx.xx.2020-ci il tarixdə "Qubadlının azad olunmasına görə" medalı ilə, 21 aprel 2022-ci il tarixdə isə "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilmişdir. Qohumu olan Cavabdeh maddi ehtiyac içində olduğunu bildirərək, onun adına bankdan kredit götürməyini və pulu ona verməyini xahiş etmişdir. O, krediti hər ay vaxtında ödəyəcəyini və onun üçün heç bir problem yaranmayacağını bildirmişdir. O, da ona inanaraq, xx.xx.2022-ci il tarixdə “X1” ASC-yə birlikdə gedərək 4500 manatlıq və 500 manatlıq olmaqla iki ayrı kredit götürüb cavabdehə təqdim etmişdir. Təxminən 2023-cü ilin dekabr ayında “Kontakt Home” mağazasından mobil telefon almaq məqsədilə müraciət etdikdə, onun banklara ümumilikdə 6200 manat borcu olduğu bildirilmişdir. Bu hal onu təəccübləndirmiş və cavabdehlə əlaqə saxlamışdır. Ondan niyə krediti ödəmədiyini soruşduqda, “Pulum yoxdur, hara şikayət edirsən et” cavabını vermişdir. Üzləşdiyi vəziyyət onu çarəsiz qoymuş və o, məhkəməyə müraciət etmək məcburiyyətində qaldım. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul edərək bildirmişdir ki, hazırda iddiaçıya iddia tələbində göstərilən məbləğdə borcu var və həmin pulu hissə-hissə iddiaçıya qaytaracaq və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(032)-1407/2023 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı 4423 (dörd min dörd yüz iyirmi üç) manat 0.24 (iyirmi dörd ) qəpik əsas, 996 (doqquz yüz doxsan altı) manat 0.26 (iyirmi altı) qəpik faiz, 20 (iyirmi) manat cərimə borcu, ümumilikdə 5439 (beş min dörd yüz otuz doqquz) manat 0.50 (əlli) qəpik məbləğində pul və dövlət rüsumu üçün ödənilmiş 75 (yetmiş beş) manat 0.17 (on yeddi) qəpik alınaraq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə verilməsi qət edilmişdir. -Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(032)-1637/2023 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı 486 manat 0,89 qəpik əsas, 132 manat 0,17 qəpik faiz, 18 manat, 0,464 qəpik cərimə borcu, ümumilikdə 637 manat 0,52 qəpik məbləğində pul və dövlət rüsumu üçün ödənilmiş 30 manat 40 qəpik alınaraq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə verilməsi qət edilmişdir. -Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, o, iddia tələbini tam qəbul edir. İş materiallarında olan qəbzdən görünür ki iddiaçı hazırkı iddia ilə əlaqədar 82 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Məhkəmə iclasında müəyyən edildi ki, cavabdehin iddiaçıya ümumilikdə 6200 manat borcu var. Cavabdeh həmin borcu ödəməmişdir. Yaranmış borcu ödəməsi cavabdehə təklif edilsə də, o, borcunu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında cavabdeh iddiaçıya 6200 manat borcunun olduğunu etiraf etmişdir. İş materiallarından da göründüyü kimi, iddia tələbi cavabdehin özü tərəfindən etiraf edilərək, iddia tələbi qəbul edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 52.2. maddəsində göstərilirki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən iddia etiraf edilərək, iddia tələbi qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf edərək qəbul etməsi iddianın təmin edilməsi üçün yetərlidir. Buna görə də, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul edilərək, iddia təmin edilməli, Cavabdeh 6200 manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in: -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iddianın verilməsi üçün ödənilmiş 82 manat dövlət rüsumu məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyirinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 6200 manat pul və ödənilmiş 82 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №2(064)-2177/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-2177/2025
26.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver