Məhkəmə qərarları › İş №2(064)-2302/2024

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-2302/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-2302/2024 26.11.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı verdiyi “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən cəmi 3750 manat məbləğində pulun alınıb ona verilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində cavabdehin yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) göstərilməlidir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı Füzuli Rayon Məhkəməsinin icraatında cavabdeh olduğu mülki iş olmadığı halda, ərizəsini “iddia ərizəsi” əvəzinə, “qarşılıqlı iddia ərizəsi” adlandırmış, orada cavabdehin faktiki yaşayış yerini göstərsə də, rəsmi qeydiyyat ünvanını göstərməmiş, ərizəsinə cavabdehin qeydiyyat ünvanı barədə sənəd əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-in: - 108.1.1-ci maddəsinə əsasən iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. -108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. - 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı ərizəsinə qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunu ödəməsini təsdiq edən sənəd əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-in: - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1.1 və 152.1.5-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə göstərilən qanunvericilik normaları və işin prosessual hallarına əsaslanaraq hesab edir ki, iddaçı tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası MPMin 149 və 150.1.2-ci maddələrində müəyyən olunmuş tələblərə cavab vermədiyinə görə həmin Məcəllənin 152.1.1 və 152.1.5-ci maddələrə əsasən icraata götürülmədən, ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı, iddiaçıya yuxarıda göstərilən nöqsanları aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Repsublikası MPM-in 149, 150, 151, 152, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı verdiyi “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı iddia ərizəsinin qaytarılması üçün yuxarıda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar