Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-2327/2023 07.12.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi İsmayılov Elmir Akif oğlu İddiaçı Cavabdeh qarşı verdiyi “pul tələbinə” dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əvvəllər nigahda olduğu, sonra isə aralarındakı nigah pozulmuş cavabdehdən ona borclu qaldığı 900 manat məbləğində (15 ay müddətində aylıq 60 manat olmaqla) pulun tutulub ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən mediasiya mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir. - 3.1.2-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələrə mediasiya tətbiq edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 150.1.7-ci maddəsinə əsasən iddia ərizəsinə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1.6-1-ci maddəsinə əsasən həmin Məcəllənin 150.1.7-ci maddəsində nəzərdə tutulmuş halda, müvafiq tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı tələbinin ailə münasibətlərindən irəli gələn mübahisələrə aid olduğu halda, iddia ərizəsinə mediasiya prosesində iştirak etməsi barədə Azərbaycan Respublikası MPM-in 150.1.7-ci maddəsində nəzərdə tutulmuş tələbə riayət etməsini təsdiq edən sənədi əlavə etməmişdir. Məhkəmə göstərilən qanunvericilik normaları və işin prosessual hallarına əsaslanaraq hesab edir ki, iddaçı tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası MPMin 150.1.7-ci maddəsində müəyyən olunmuş tələbə cavab vermədiyinə görə həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən icraata götürülmədən, ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı, iddiaçıya göstərilən nöqsanı aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Repsublikası MPM-in 150, 151, 152, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı verdiyi “pul tələbinə” dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı iddia ərizəsinin qaytarılması üçün əsas olan göstərilən nöqsanı, iddia ərizəsinə mediasiya prosesində iştirak etməsi barədə Azərbaycan Respublikası MPM-in 150.1.7-ci maddəsində nəzərdə tutulmuş tələbə riayət etməsini təsdiq edən sənədi əlavə etməklə aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(064)-2327/2023
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-2327/2023
07.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver