Məhkəmə qərarları › İş №2(064)-234/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-234/2023

10.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-234/2023 10.02.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, iddiaçı «SEVGİ MEBEL» mağazasının müdiri İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «SEVGİ MEBEL» mağazasının müdiri İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2018, xx.xx.2018, xx.xx.2018-cu il tarixli müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə yaranmış 4.689 manat əsas və 66,89 qəpik ödənilmiş dövlət rüsumu, 40 qəpik xidmət haqqı olmaqla, cəmi 4.756,29 manat borcun Cavabdeh tutularaq “SEVGİ MEBEL” mağazasının müdüri İddiaçı hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “SEVGİ MEBEL” mağazası ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, aldığı “SM-Chanel” yataq və qonaq dəsti 400 manat ilkin ödəniş olmaqla 24 ay ödəniş cədvəli üzrə hər ay 221 manat olmaqla cəmi 5704 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, aldığı “TV LED RİFFEL 43FF1D1600” markalı televizor 99 manat ilkin ödəniş olmaqla 24 ay ödəniş cədvəli üzrə hər ay 45 manat olmaqla cəmi 1179 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, aldığı “ALTUS ALK-330 S” markalı soyuducu 70 manat ilkin ödəniş olmaqla 24 ay ödəniş cədvəli üzrə hər ay 35 manat olmaqla cəmi 910 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh birinci müqavilənin şərtini pozaraq, 2490 manat pul ödəyib və qalıq qalmış 3214 manat, ikinci müqavilənin şərtini pozaraq, 369 manat pul ödəyib və qalıq qalmiş 810 manat, üçüncü müqavilənin şərtini pozaraq, 245 manat pul ödəyib və qalıq qalmiş 665 manat, ümumilikdə 4689 manat borcu ödəməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 2(iki) % dərəcəsi ilə dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Gecikmələrdən irəli gələn dəbbə pulu isə 0 (sıfır) manat təşkil edir. Beləliklə də, cavabdeh (SEVGİ MEBEL) mağazasına olan əsas borcu 4.689 manat təşkil etmişdir. Məhkəmə iclasında: İddiaçı “SEVGİ MEBEL” mağazasının müdüri İddiaçı məhkəməyə ərizə göndərərk məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirdi ki, o, borcunun əksər hissəsini qaytarmış, az bir hissəsini isə qaytara bilməmişdir. Lakin borcunu qaytarmasına dair qəbzlərini itirdiyindən məhkəməyə təqdim edə bilmir. Odur ki, iddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mülki işin faktiki hallarından görünür ki, “SEVGİ MEBEL” mağazası ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən aldığı SM-Chanel yataq və qonaq dəstinə görə 400 manat ilkin ödəniş olmaqla 24 ay ödəniş cədvəli üzrə hər ay 221 manat olmaqla cəmi 5704 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehlə bağlanılmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, aldığı “ TV LED RİFFEL 43FF1D1600 markalı televizor 99 manat ilkin ödəniş olmaqla 24 ay ödəniş cədvəli üzrə hər ay 45 manat olmaqla cəmi 1179 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehlə bağlanılmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, aldığı “ ALTUS ALK-330 S” markalı soyuducuya görə 70 manat ilkin ödəniş olmaqla 24 ay ödəniş cədvəli üzrə hər ay 35 manat olmaqla cəmi 910 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh birinci müqavilənin şərtini pozaraq 2.490 manat ödəmiş və qalıq qalmış 3.214 manat, ikinci müqavilənin şərtini pozaraq 369 manat ödəmiş və qalıq qalmiş 810 manat, üçüncü müqavilənin şərtini pozaraq 245 manat ödəmiş və qalıq qalmiş 665 manat olmaqla, ümumilikdə 4.689 manat borcu ödəməmişdir. Göründüyü kimi, cavabden müqavilə öhdəliklərini lazımınca yerinə yetirməyərək ödənişi tam şəkildə icra etməmişdir. Belə olan halda, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. AR MPM-in 107, 115.0.1 və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə iddiaçının tələb etdiyi ödənilmiş dövlət rüsumuna görə 66,89 manat və ,40 manat xidmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh iddiaçı «SEVGİ MEBEL» mağazasının müdiri İddiaçı xeyrinə xx.xx.2018, xx.xx.2018, xx.xx.2018-cu il tarixli alqı-satqı müqavilələri üzrə yaranmış 4.689 manat əsas borc, 66,89 manat ödənilmiş dövlət rüsumu, 0,40 manat xidmət haqqı olmaqla cəmi 4.756,29 manat tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar