Məhkəmə qərarları › İş №2(064)-254/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-254/2023

24.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-254/2023 24.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü il təvəllüdlü X2 Bakı Peşə Liseyinində təhsilini başa vuranadək alimentinin artırılması 200 (iki yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2003-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2004-cü il təvəllüdlü X3 dünyaya gəlmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuşdur və uşağın saxlanılması üçün hər ay 60 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin alimentin miqdarı az olduğu üçün Füzuli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün qət olunmuş alimentin miqdarı artırılaraq 110 (yüz on) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq ona verilmişdir. Cavabdeh uşaqla ünsiyyət qurmaq istəməməsinə baxmayaraq o, övladını atası ilə görüşməsinə maneə olmamışdır. Buna baxmayaraq cavabdeh övladı ilə görüşmək istəməmiş, hətta övladı haqqında maraqlanmamışdır. Övladı-xx.xx.2004-cü il təvəllüdlü X4 Bakı Peşə Liseyində qrafik dizayner ixtisası üzrə 2-ci kurs tələbəsidir. Lakin cavabdeh valideyn olaraq övladı ilə maraqlanmır və heç bir xərcini ödəmir. Belə olduğu halda məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında: İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. İddiaçı bildirdi ki, qızı 18 yaşına çatsa da liseydə oxuduğuna görə təhsilini başa vurana kimi alimentin artırılmasını istəyir. Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, atrıq onun övladı yetkinlik yaşına çatmışdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyərək və iddia ərizəsini nəzərdən keçirərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən əsassız hesab olunaraq rədd edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq ediləmiş sübutlarla müəyyən olunur ki, X3 xx.xx.2004-cü il təvəllüdlü olmaqla artıq yetkinlik yaşına çatmışdır. İddiaçı qızı 18 yaşına çatsa da liseydə oxuduğuna görə təhsilini başa vurana kimi alimentin artırılmasını istədiyini bildirmişdir. Lakin məhkəmə iddiaçının diqqətinə onu çatdırır ki, onun hazırkı iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 13.2. Məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir: 113.2.1. uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 112, 119, 216- 220, 227, 233, 357, 360 və 362-cimaddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar