Məhkəmə qərarları › İş №2(064)-258/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-258/2023

26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-258/2023 26.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X4 və X3 iştirakları ilə, iddiaçılar İddiaçı1 və digərlərinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X4 və X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9.800 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq onların xeyirinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar cavabdehə 9.800 manat dəyərində iri və xırdabuynuzlu mal heyvanları vermişlər ki, həmin mal-qaranı satıb pulunu onlara versin. Bununla da, onlara yəni İddiaçı2 2.000 manat, İddiaçı3 2.000 manat, X2 2.000 manat, X5 3.200 manat və İddiaçı1 600 manat borcu qalmışdır. Hazırda cavabdeh onlara olan borcun qaytarmır. Ona görə də, hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X4 və X6 iddia tələbini müdafiə edərək bildirdilər ki, Cavabdeh əvvəllər də onlardan müxtəlif məbləğlərdə nisyə mal-qara almış və pulunu sonradan ödəmişdir. Lakin sonuncu dəfə onlardan aldığı iri və xırda buynuzlu mal-qaranın pulunu verməmişdir. Belə ki, Cavabdeh hazırda İddiaçı2 2.000 manat, İddiaçı3 2.000 manat, E.Quliyevə 2.000 manat, S.Quliyevə 3.200 manat və İddiaçı1 600 manat borcu qalmışdır. Ona görə də, onlar məcbur olub məhkəməyə müraciət etmişlər. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçıları dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iddiaçıların izahatları ilə müəyyən edilir ki, Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı2 müxtəlif vaxtlarda nisyə şəkildə iri və xırda buynuzlu mal-qara almış və pulunun bir hissəsini hələ də ödəməmişdir. Belə ki, Cavabdeh hazırda iddiaçılar İddiaçı2 2.000 manat, İddiaçı3 2.000 manat, E.Quliyevə 2.000 manat, S.Quliyevə 3.200 manat və İddiaçı1 600 manat borcu qalmışdır. Göründüyü kimi, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış öhdəliklərini lazımınca yerinə yetirməyərək borcunu tam şəkildə ödəməmişdir. Belə olan halda iddiaçılar haqlı olaraq məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Odur ki, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı2 xeyrinə 2.000 manat, İddiaçı3 xeyrinə 2.000 manat, iddiaçı X1 xeyrinə 2.000 manat, iddiaçı X3 xeyrinə 3.200 manat və İddiaçı1 xeyrinə 600 manat pul tutulsun. Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 30 manat tutularaq İddiaçı1 xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar