Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-2587/2025 04.02.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qaşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qaşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh xx.xx.1994-cü ildə anadan olmuş, Füzuli rayonunun Aşağı Veysəlli kəndində qeydiyyatda olan Cavabdeh aralarında olan razılaşmaya əsasən 41 (qırx bir) baş xırdabuynuzlu heyvanın dəyəri olan 12300 (on iki min üç yüz) manat puldan borclu qaldığı 1000 (bir min) manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Beyləqan rayonu, Bünyadlı kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayır. Ailəsi ilə birlikdə kənd təsərüffatı və heyvandarlıqla məşğul olaraq saxladığı mal-qaranı satmaqla dolanır. Bu minvalla bir çox mal-qoyun alverçilərini tanıyır və bunlardan biri də hazırda ona borclu olan Füzuli rayonunun Aşağı Veysəlli kənd sakini Cavabdehdur. Belə ki, Cavabdeh mal-qara alverçisi kimi 3 ildir tanıyır, Elvinlə mal-qara bazarında tanış olmuşdur. Bir neçə dəfə Elvinlə aralarında alış-veriş olub, Elvin ondan heyvan alaraq bir neçə gündən sonra aldığı heyvanların pulunu vaxtında qaytarıb. Bununla da Elvin onun etibarını qazanıb. 2024-cü ilin fevral ayında Elvinlə İmişli rayonunda yerləşən heyvan bazarında görüşərkən Elvin ondan satış üçün heyvanının olub-olmadığını soruşmuşdur. O, Elvinə satış üçün 41 baş xırdabuynuzlu heyvanının olduğunu demişdir. Elvin həmin heyvanları gəlib alacağını ona bildirmişdir. Daha sonra isə Elvin xx.xx.2024-cü il tarixdə Elvin qapıda gələrək xırdabuynuzlu heyvanlara baxmış və heyvanlardan 41 (qırx bir) başını alacağını bildirmişdir. Elvinlə heyvanların hər birini 300 (üç yüz) manata razılaşmış, heyvanların ümumi qiyməti isə 12300 (on iki min üç yüz) manat etmişdir. Elvin ondan 41 baş xırdabuynuzlu heyvanı nisyə almış və aldığı heyvanları yük maşınına yığıb aparmışdır. Elvin bildirmişdir ki, aldığı heyvanların pulunu 1 həftə-10 gün ərzində ona verəcəkdir. xx.xx.2024-cü il tarixdə Elvin ona 11300 (on bir min üç yüz) manat pul verdi və qalan 1000 (bir min) manat pulu da yaxınlarda verəcəyini, heyvanları əmisi oğlu Kamilə satdığını, Kamilin pulun hamısını göndərmədiyini demişdir. Həmin gündən sonra Elvinə məxsus olan ***-***-**-** saylı nömrəsinə zəng çatmamışdır. Bu səbəbdən xx.xx.2024-cü il tarixdə Beyləqan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Cavabdeh xx.xx.2024-cü il tarixdə ondan 12300 (on iki min üç yüz) manat dəyərindəki 41 baş xırdabuynuzlu heyvanı nisyə aldığını, bir hissəsini ödəsə də, qalan 1000 (bir min) manat pulu aldadıb qaytarmadığını bildirmişdir. Ərizəsi əsasında Beyləqan rayon PŞ-nin İstintaq bölməsinin müstəntiqi polis baş letenantı Rübail Flidayətlinin icraatında olan araşdırma materialına əsasən müstəntiq tərəfindən Cavabdeh və onun ifadələri alınmışdır. Borclu Cavabdeh araşdırma materialında verdiyi ifadəsində də ona 1000 (bir min) manat pul borclu olduğunu etiraf etmiş və öz ifadəsi ilə təsdiq etmişdir. Bundan sonra Beyləqan rayon PŞnin istintaq bölməsinin müstəntiqi polis baş leytenantı X6 tərəfindən 20 fevral 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərar qəbul edilərək Cavabdeh əməlində cinayət əlaməti olmadığı, mülki xarakterli iş olduğu üçün Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinə əsasən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququmun olması izah olundu. Flazırda Cavabdeh pulumu ala bilmədiyimə görə məhkəmədə iddia qaldıraraq pulunu almaqdan başqa yolu qalmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, o, cavabdehdən dəfələrlə borcunu tələb etsə də, cavabdeh borcunu qaytarmamışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin o, məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini qəbul etdiyini, maddi vəziyyəti ilə əlaqədar borcunu qaytara bilmədiyini, həmin borcunu hissə-hissə qaytaracağını bildirmişdir. O, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Beyləqan rayon PŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Rübail Hidayətli tərəfindən xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Qərarın təsviri hissəsində göstərilən xüsusiyyətlərə əsasən toplanmış materialda cinayət tərkibi olmadığından həmin material üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanması rədd edilmiş, X10, X1, X4 və X11 müraciətdə qeyd etdikləri xüsusatların mülki xarakterli olduğu üçün Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunmuş, qəbul edilmiş qərarın surəti X10, X1, X4 və X11 göndərilsin və onlara qərardan narazı qaldıqları təqdirdə rayon prokuroruna, yuxarı prokurora və rayon məhkəməsinə müraciət etmək hüquqlarının olması izah edilmiş, Həmin qərardan görünür ki, Cavabdeh izahatı alınmış və o, izahatında bildirmişdir ki, Füzuli rayonu, Yuxarı Veysəlli kəndində qeydiyyatda olmaqla İmişli rayonu, Fin qəsəbəsində yaşayır. X2, X12, X5 və X13 tanıyır. Həmin şəxslərlə arasında heç bir ədavət və düşmənçilik yoxdur. O, əvvəllər İmişli, Füzuli, Beyləqan və digər rayonlarda olan malqara bazarlarında xırdabuynuzlu heyvan alveri etmişdir. O, bazarda xırdabuynuzlu heyvan alıb üzərinə bir az əlavə pul qoyub satmış, yaxud heyvanı alıb Bakı şəhərinə aparıb orada müxtəlif marketlərə satmışdır. Təxminən 14 ildir bu işlə məşğul olmuş və həmin vaxtdan Ceyhunu tanımışdır. Bir neçə dəfə ondan xırdabuynuzlu heyvan almışdır. O, bazarda alver etdiyi vaxtlarda Səlimxanı, Sadiqi, Aqili ayrı-ayrılıqda tanımışdır. O, onların hərəsindən bir dəfəyə 30, 40, 50 baş heyvan alıb həmin heyvanları satdıqdan sonra onların pulunu 1 həftə müddətində verirmiş. xx.xx.2024-cü il tarixdə X8 yaşadığı evdə olmuş və ondan xırdabuynuzlu heyvan almaq istədiyini bildirmişdir. Sadiq ona 41 baş xırdabuynuzlu heyvanı hər birini ayrı-ayrılıqda 300 manat olmaqla ümumilikdə 12300 manata satacağını bildirmişdir. O, Sadiqlə razılaşmış və Sadiqə heyvanların pulunu 2 həftə ərzində qaytaracağını bildirmişdir. O, Sadiqdən 41 baş xırdabuynuzlu heyvan almış. Həmin 41 baş xırdabuynuzlu heyvanın cəmi qiyməti 12300 (on iki min üç yüz) manat etmişdir. Həmin puldan 11300 (on bir min üç yüz) manatını qaytarmış, lakin 1000 (min) manatını Sadiq Qarayevə borclu qalmışdır. Bundan başqa o, xx.xx.2024-cü il tarixdə X3 yaşadığı evə gedərək ondan 35 baş xırdabuynuzlu heyvan almışdır. Həmin heyvanların ümumilikdə pulu 10200 (on min iki yüz) manat etmişdir. Ceyhun heyvanların hər birini ayrı-ayrılıqda mənə 290 manata satacağını bildirmişdir. O, Ceyhuna da heyvanların pulunu ən geci 10 günə verəcəyini bildirmişdir. Lakin Ceyhundan aldığı heyvanların da çəkisi fikirləşdiyindən aşağı gəldiyi üçün o, yenə də həmin heyvanları dəyərindən aşağı sata bilmişdir. Buna görə də Ceyhunun pulunu tam şəkildə qaytara bilməmiş, onun pulunun 8200 manatını qaytara bilmiş, lakin 2000 manatını qaytara bilməmişdir. Bundan əlavə o, xx.xx.2024-cü il tarixdə Səlimxanla əlaqə saxlamış və Bünyadlı kəndinə ondan heyvan almaq üçün getmişdir. O, Bünyadlı kəndinə gedib Səlimxandan 40 baş xırdabuynuzlu heyvan almışdır. Səlimxan heyvanların hər birini ayrı-ayrılıqda 310 manata, ümumilikdə bütün heyvanları isə 12400 manata satacağını bildirmişdir. O, Səlimxana heyvanların pulunu ona ən geci 1 həftə ərzində verəcəyini bildirmişdir. O, Səlimxandan aldığı heyvanları Bakı şəhərində yerləşən Araz marketə satmışdır. O, əvvəllərdə Səlimxandan və digər şəxslərdən heyvan alıb müxtəlif marketlərə satıb həmin şəxslərin pulunu qaytarırmış, əlavə də özü üçün artıq pul qalırmış. Həmin pul ilə ailəsini dolandırmışdır. Lakin sonuncu dəfə Səlimxandan aldığı heyvanları ümumilikdə aldığı qiymətdən 4700 manat aşağı sata bilmişdir. Belə ki, aldığı xırdabuynuzlu heyvanlar çəki verməmiş və o da heyvanları aşağı qiymətə sata bilmişdir. Buna görə də Səlimxanın pulunun 7000 manatını qaytara bilmiş, qalan 5400 manatı isə qaytara bilməmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə o, X9 yaşadığı Bünyadlı kəndində gedərək ondan 57 baş xırdabuynuzlu heyvan almışdır. Həmin heyvanların cəmi qiyməti 15700 (on beş min yeddi yüz) manat etmişdir. Həmin puldan 4000 (dörd min) manatını Aqil Aslanova ödəmiş, lakin 11700 (on bir yeddi yüz) manatını borclu qalmışdır. Həmin heyvanları alıb satan zaman ziyana düşdüyü üçün həmin şəxslərə qalan borclarını verə bilməmişdir. O, Sadiqdən heyvan alıb ziyana düşdükdən sonra Ceyhundan heyvan alıb sataraq həm onun pulunu verməyi həmdə Sadiqə olan borcumu qaytarmağı düşünmüşdür. Lakin Ceyhundan aldığı heyvanlarda da ziyan etdiyi üçün Səlimxandan heyvan alıb sataraq vəziyyətdən çıxmağa çalışmışdır. Daha sonra isə borcu çoxaldığı üçün Aqildən heyvan alıb sataraq borclarını qaytarmağı fikirləşdir. Məqsədi heyvanları alıb sataraq borclarını qaytarmaq olmuşdur. O, həmin heyvanları alan zaman hər birinin pulunu ödəmək istəmişdir. Lakin hər dəfə ziyan etdiyi üçün borcları daha da artmışdır. O, həmin heyvanları Bakı şəhərinə apararaq müxtəlif mağazalara, şəxslərə satırmış. O, uzun illər bu işlə məşğul olduğu üçün maddi imkanı kifayət qədər yaxşı olmuşdur. Lakin sonradan o, ard-arda bir neçə dəfə ziyan etdiyi üçün bu qədər borcu yaranmışdır. Onlardan başqa heç kim ona borca heyvan verməmişdir. O, başqa şəxslərdən də heyvan almışdır. Lakin onlar pullarını nağd istədikləri üçün heyvanların pulunu nağd vermişdir. O, yenə də heyvan alıb satmaqla məşğul olaraq Səlimxana, Sadiqə, Ceyhuna və Aqilə onlara olan borcunun bir hissəsini ödəmişdir. X14 onun əmisi oğludur. Lakin o, aldığı heyvanları heç vaxt Kamilə satmamışdır. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, iddia tələbini qəbul edir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı hazırkı iddia ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Azərbaycan Respublikası Mülki Məcəllənin: -1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən 1000 manat məbləğində borcunun ona qaytarılmasını tələb etmiş, cavabdeh də iddia tələbəni qəbul etmişdir. Həmçinin iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı pulun cavabdehdən alınması ilə bağlı polis şöbəsinə müraciət etmiş, cavabdeh borc pulun alınması barədə bildirdiklərini eyni məzmunda izahat verməklə polis şöbəsindəki araşdırma zamanı da təsdiq etmişdir. İş materiallarından da göründüyü kimi, iddia tələbi cavabdehin özü tərəfindən etiraf edilərək, iddia tələbi qəbul edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 52.2. maddəsində göstərilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən iddia etiraf edilərək, iddia tələbi qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf edərək qəbul etməsi iddianın təmin edilməsi üçün yetərlidir. Buna görə də, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul edilərək, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, iddia təmin edilməli, Cavabdeh 1000 manat məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1000 (min) manat məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №2(064)-2587/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-2587/2025
04.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver