Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-261/2023 27.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mövcud olan 34.500 manat əsas borc, eləcə də iddia ərizəsinin verilməsinə görə əlavə olaraq ödənilmiş 193,5 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 34.693,5 manat tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh (“Borc alan”) ilə aralarında xx.xx.2019cu il tarixli müqavilə imzalanmışdır. Müqavilə bağlanarkən “Borc alan” ona verilən 48.000 manat borc məbləğini xx.xx.2019-cu il tarixinədək ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndində qeyd olunmuşdur ki. “Tərəflər” Müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməməsi, yaxud səhlənkar yerinə yetirməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. Müqaviləyə əsasən, Cavabdeh razılaşdırılmış məbləğ verilmişdir. Lakin indiki vaxta qədər cavabdeh tərəfindən ümumilikdə 13.500 manat məbləğində ödəniş edilmişdir. Hazırda, iş materiallarından da göründüyü kimi Cavabdeh ona olan ümumi borcu 34.500 manat təşkil edir. Mübahisənin məhkəmədən kənar həll edilməsinin təmin edilməsi üçün aralarında artıq 2 ildən çoxdur ki, danışıqlar getmişdir. Cavabdeh hər dəfə borcu tez bir zamanda ödəyəcəyini bildirmiş, ancaq vədlərini yerinə yetirməmişdir. Tərəflərindən cavabdehə xx.xx.2022-ci il tarixində prentenziya məktubu göndərilməsinə baxmayaraq, Cavabdeh pretenziya məktubunu qəbul etməkdən də imtina etmişdir. Bu səbəbdən də, mübahisənin həll olunması üçün tərəfimizdən aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında: İddiaçı nümayəndəsi vəkil X2 iddia ərizəsinə oxşar izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mülki işin faktiki hallarından görünür ki, cavabdeh-borcalan Cavabdehlə iddiaçı-borc verən İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 48.000 manat pul borc verilmişdir. Müqavilənin 2-ci bəndinə əsasən, cavabdeh borcu xx.xx.2019-cu il tarixinədək qaytarmağı üzərinə öhdəlik götürsə də buna lazımınca əməl etməmiş və cəmi 13.500 manat ödəniş etmişdir. Hazırda cavabdehin iddiaçıya qalan borcu 34.500 manat təşkil edir. Belə olan halda, iddiaçı-borcverən haqlı olaraq məhkəməyə müraciət etmişdir. Öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bundan başqa, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə bu qənaətə gəlir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 193,5 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə borca görə 34.500 (otuz dörd min beş yüz) manat, eləcə də dövlət rüsumuna görə ödənilmiş 193,5 (bir yüz doxsan üç manat əlli qəpik) manat olmaqla, ümumilikdə 34.693,5 (otuz dörd min altı yüz doxsan üç manat əlli qəpik) manat tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-261/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-261/2023
27.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver