Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-329/2024 10.05.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi vəkil Nümayəndə2 Fəxrəddin qızının, Cavabdeh nümayəndəsi vəkil Nümayəndə1 oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən, ümumilikdə, 50000 (əlli min) manat pulun tutulub ona ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, 27 mart 2020-ci il tarixdə cavadeh-kürəkəni Cavabdeh ona ev alması məqsədilə 25000 (iyirmi beş min) manat məbləğində pul vermişdir. Həmin ilin aprel ayından başlayaraq 2022-ci ilin mart ayının sonunadək hər ay hissə-hissə əlavə 25000 (iyirmi beş min) manat da olmaqla, ümumilikdə, 50000 (əlli min) manat pul vermişdir. Cavabdeh evi ala bilməyəcəyi təqdirdə pulu geri qaytaracağını bildirmişdir. Hər dəfə iddiaçı cavabdehdən evi alıb verməsini və ya ona verdiyi pulu qaytarmasını tələb edəndə müxtəlif bəhanələr gətirərək ancaq vaxtı uzatmışdır. Bu barədə cavabdehin səs yazıları da vardır. İddiaçı hazırda səhəti ilə əlaqədar olaraq müalicə alır və öhdəliyində xəstə nəvəsi var. Bu səbəbdən də pula daha çox ehtiyacı var. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Cavabdeh 25000 (iyirmi beş min) manat pulu 27 mart 2020-ci il tarixdə evində, ailəsinin yanında verib. Həmin ilin aprel ayından başlayaraq hər ay 1000 manat pulu qızına verib, qızı da yoldaşına (cavabdehə) vermişdir. Sonradan ailədaxili münaqişələr səbəbindən cavabdeh onun qızından ayrılmışdır. Hal-hazırda cavabdeh ona borcunun olmadığını iddia etsə də, cavabdehdən, ümumilikdə, 50000 (əlli min) manat pulun tutulub ona ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 da iddia ərizəsinin məzmununa uyğun izahat verərək, Cavabdeh, ümumilikdə, 50000 (əlli min) manat pulun tutulub ona ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə1 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyil, iddianın heç bir hüquqi əsası yoxdur, məhkəməyə təqdim olunan səs yazıları sübut kimi qiymətləndirilə bilməz. Çünki bu səs yazıları qanunsuz yolla əldə olunmuşdur. İddiaçı 25000 (iyirmi beş min) manat pulu cavabdehə deyil saxlaması üçün qızı Gülmirə Məmmədovaya vermişdir. İddia tələbində qeyd olunan ikinci 25000 (iyirmi beş min) manat pulu da iddiçı cavabdehə deyil qızı Gülmirə Məmmədovaya vermişdir. İddiaçının subyektiv hüququ olmadığı üçün iddianın rədd olumasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan səs yazısı köçürülmüş disk dinlənilən zaman müəyyən olunur ki, Cavabdeh İddiaçı sonuncunun 27 mart 2020-ci il tarixdə verdiyini iddia etdiyi 25000 (iyirmi beş min) manat məbləğində pulu aldığını etiraf etmişdir. Lakin iddiaçı tərəfindən qızı Gülmirə Məmmədova vasitəsilə 2020-ci ilin aprel ayından başlayaraq 2022ci ilin mart ayının sonunadək hər ay hissə-hissə verdiyini iddia etdiyi 25000 (iyirmi beş min) manatı isə iddiaçıdan almadığını, iddia olunan həmin məbləğin iddiaçı tərəfindən iddiaçının qızı Gülmirə Məmmədovaya verildiyini və sonuncu tərəfindən istifadə edildyini bildirmişdir. İş materiallarıda olan şəkillər köçürülmüş disk görüntülənən zaman müəyyən olunur ki, iddiaçının qızı Nümayəndə2 ilə Cavabdeh arasında telefon yazışmaları olmuşdur. Həmin yazışmalarda göstərilir ki, Cavabdeh Nümayəndə2 pulu qaytarmaq üçün kart hesabı tələb etmişdir, Nümayəndə2 isə kart hesabının olmadığını bildirmişdir. Beləliklə, iddia ərizəsindən və məhkəmə iclasında tərəflərin vermiş olduqları izahatlardan, həmçinin mülki iş materiallarından görünür ki, Cavabdeh İddiaçı 27 mart 2020-ci il tarixdə iddiaçı tərəfindən verilmiş 25000 (iyirmi beş min) manat məbləğində pulu almışdır. Lakin iddiaçı tərəfindən qızı Gülmirə Məmmədova vasitəsilə 2020-ci ilin aprel ayından başlayaraq 2022-ci ilin mart ayının sonunadək hər ay hissə-hissə verdiyini iddia etdiyi 25000 (iyirmi beş min) manatın isə cavabdeh tərəfindən alınmasını sübut edən hər-hansı sübutetmə vasitəsi olmadığından məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə 2020-ci ilin aprel ayından başlayaraq 2022-ci ilin mart ayının sonunadək hər ay hissəhissə verdiyini iddia etdiyi 25000 (iyirmi beş min) manat cavbdeh tərəfindən alınmamışdır. Belə olan halda iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən hüquqi mövqeyindən də aydın olur ki, sübutların toplanması və verilməsi yükü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə düşür. Belə olan halda, iddiaçı 27 mart 2020-ci il tarixdə cavbdehə 25000 (iyirmi beş min) manat məbləğində pulu mülki iş materillarına əlavə etmiş sübutetmə vasitələrilə sübuta yetirsə də, qızı Gülmirə Məmmədova vasitəsilə 2020-ci ilin aprel ayından başlayaraq 2022-ci ilin mart ayının sonunadək hər ay hissə-hissə cavabdehə 25000 (iyirmi beş min) manat verdiyini sübuta yetirə bilməmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yuxarıda göstərilən qanunvericilik normalarını, tərəflərin verdiyi izahatları və iş materiallarında olan sübutları nəzərə alaraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, tam və məcmu şəkildə, eləcə də iş üzrə müəyyən edilmiş faktiki hallara göstərilən maddi hüquq normaları ilə qarşılıqlı əlaqə formasında hüquqi qiymət verməklə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 25000 (iyirmi beş min) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 25000 (iyirmi beş min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-329/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-329/2024
10.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver