Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-330/2023 30.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 44.070,86 manat əsas borc, 166,45 manat faiz borcu olmaqla, cəmi 44.237,31 manat, iddia ərizəsinə görə ödənilmiş 223,11 manat dövlət rüsumu və bildirişin ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsi qeydiyyatı ilə bağlı 40 manat ödənişin tutulması, ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən mənzilinin ilkin satış qiymətinin müəyyən edilməsini, tutmanın Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8-də yerləşən, 24 saylı evin, 1-ci girişində, 6 saylı mənzilə yönəldilməsi, ipoteka predmeti açıq hərrac vasitəsilə satılması və bankın kredit tələbi satılmış əmlakın hesabına ödənilməsi və ünvan 1 ünvanında yerləşən mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh və digər şəxslər 1 ay ərzində həmin evi tərk etmədikləri halda onlar məcburi qaydada çıxarılçması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli 041/01/MİDA 20 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin təminatı olaraq tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus ünvan 1 saylı nənzili ipoteka götürülmüş və bununla bağlı tərəflər arasında xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin 2808 nömrəli reyestr kitabının 261876 nömrəli vərəqində (reyestr nömrəsi **********6-05301- 093042, qeydiyyat nömrəsi **********) xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixli 041/01/MİDA20 saylı kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh xx.xx.2023-cü il tarixə 44070.86 manat əsas borc, 166.45 manat faiz borcu olmaqla, cəmi 44237.31 manat borcu ödənilməmiş qalmışdır. Göründüyü kimi cavabdeh xx.xx.2020-ci il tarixli 041/01/MİDA20 saylı Kredit Müqaviləsinin 1.2-ci bəndini əhəmiyyətli dərəcədə pozmuş və vurduğu zərər nəticəsində İddiaçı ASC müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi haqqında məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslı sayılaraq təmin olunmalıdır. Belə ki, iş materialına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 041/01/MİDA 20 saylı kredit müqaviləsinə əsasən kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 46.717 manat məbləğində illik 4 faiz dərəcəsi ilə 360 ay müddətinə ipoteka krediti verir. Kredit müqaviləsinin təminatı olaraq, cavabdehə tam mülkiyyət hüququ üzrə məxsus ünvan 1 ipoteka götürülmüş və bununla bağlı tərəflər arasında xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixli, 041/01/MİDA20 saylı kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh 05.01,2023-cü il tarixə 44070.86 manat əsas borc, 166.45 manat faiz borcu olmaqla, cəmi 44237.31 manat borcu ödənilməmiş qalmışdır. Göründüyü kimi, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliklərini lazımınca yerinə yetirməmiş və bununla da, onun banka ödənilməmiş kredit borcu qalmışdır. Belə olan halda, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, əsas borc və ona hesablanmış faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, borcun ödənilməsini təmin etmək üçün tutma ipoteka predmeti olan evə yönəldilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, həmin müqavilə ilə ipoteka ilə yüklü edilmiş evin dəyəri həmin vaxtda 51.917 manat məbləğində qiymətləndirilmişdir. Lakin həmin qiymət 2020-ci ildə qoyulduğuna görə artıq 3 ilə yaxın müddət keçdiyindən və hazırda real vəziyyəti əks etdirmədiyindən məhkəmə tərəfindən ipoteka predmetinin hazırkı likvid dəyərinin müəyyən edilməsi üçün iş üzrə mütəxəssis rəyi alınmış və qeyd olunan əmlakın hazırda likvid dəyəri 70.000 manat məbləğində qiymətləndirilmişdir. Odur ki, məhkəmə ipoteka predmetinin ilkin satış qiymətinin 70.000 manat məbləğində müəyyən edilməsini əsaslı sayır. Bununla yanaşı, "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 08 saylı hesab-fakturadan görünür ki, qeyd edilən xidmət üçün ödəniləcək məbləğ 200 manat təşkil edir. Məhkəmə həmin xidmət haqqının da cavabdehdən tutulmasını əsaslı hesab edir. Bununla yanaşı, MPM-in 107ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə 223.11 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına isnad etməyi əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəlik hüququndan bəhs edən 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bundan başqa, həmin Mülki Məcəllənin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.7-ci maddəsinə görə, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. 279-cu maddəsinə görə, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun: 36-cı maddəsinə görə isə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 36.3, 36.4, 36.5-ci maddələrinə görə isə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizənin onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqlənməklə ərizəçiyə qaytarır. 39.3.3-cü maddəsinin tələbinə görə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olunduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. (xx.xx.2018-ci il tarixədək olan redaksiyada). Odur ki, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ASC-nin xeyrinə Cavabdeh 44.070,86 manat əsas borc, 166,45 manat faiz borcu olmaqla, cəmi 44.237,31 manat, iddia ərizəsinə görə ödənilmiş 223,11 manat dövlət rüsumu və bildirişin ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsində qeydiyyatı ilə bağlı ödənilmiş 40 manat tutulsun. Tutma ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8, ev 24, 6 saylı mənzilə yönəldilsin, həmin mənzil açıq hərracdan satılsın və satışdan əldə olunan vəsait hesabına borc ödənilsin. İpoteka predmetinin ilkin satış qiyməti 70.000 manat məbləğində müəyyən edilsin. Tutma ünvan 1 ünvanında yerləşən mənzilə yönəldildikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh və digər şəxslər ən geci 1 ay ərzində həmin evi tərk etmədikləri halda məcburi qaydada çıxarılsınlar. Cavabdeh mütəxəssis rəyinin verilməsi üçün çəkilmiş xərcə görə 200 manat pul tutularaq "xxxx" MMC-nin hesabına (AZ37NABZ********************) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov Azərbaycan Respublikası Füzuli Rayon Məhkəməsi AZ 1900 Füzuli rayonu Tel : (026) 315-51-71 Horadiz şəhəri Faks: (026) 315-51-71 İş № 2 (064)-330/2023 11 aprel 2023-cü il iddiaçı: İddiaçı ASC-yə ünvan: Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi 85, 192/193 cavabdeh: Cavabdeh ünvan: ünvan 3 İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəmənin 30 mart 2023-cü il tarixli, 2(064)-330/2023 saylı qətnaməsi sizə göndərilir. Qoşma: qətnamə. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-330/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-330/2023
30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver