Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-339/2023 09.02.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Füzuli Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsində cavabdehdən bağlanmış 03 avqust 2021-ci il tarixli, 01087933 nömrəli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 09 iyul 2022-ci il tarixə yaranmış 390,20 manat əsas və 58,50 manat cərimə borcu olmaqla, cəmi 448,70 manat, 04 avqust 2021-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 09 iyul 2022-ci il tarixə yaranmış 70,40 manat əsas və 10,50 manat cərimə borcu olmaqla, cəmi 80,90 manat, beləliklə də, hər iki müqavilə üzrə cəmi 529,60 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 559,60 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə arasında bağlanmış 03 avqust 2021-ci il tarixli, 01087933 nömrəli müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən sonuncu ona aldığı “Xiaomi” markalı mobil telefona və naqilsiz qulaqcığa görə ödəniş cədvəli üzrə 12 ay müddətində hər ay 49 manat olmaqla, cəmi 586,20 manat, 04 avqust 2021-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alğı-satqı müqaviləsinə görə “Wonlex” markalı smart saata görə 12 ay ödəniş cədvəli üzrə hər ay 9 manat olmaqla, cəmi 106,40 manat olmaqla, hər iki müqavilə üzrə cəmi 692,60 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçıya 03 avqust 2021-ci il tarixli, 01087933 nömrəli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 23 may 2022-ci il tarixdə 46 manat, 04 avqust 2021-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 23 may 2022ci il tarixdə 9 manat ödəniş etmiş və hər iki müqavilə üzrə qalıq qalmış 460,60 manat borcu qaytarmamışdır. Buna görə də iddiaçı cavabdehə həmin müqavilənin 1 nömrəli əlavəsinə əsasən gecikdirilmiş aylıq borc məbləğinə görə cəmi 69 manat məbləğində cərimə hesablamışdır. Beləliklə, cavabdehin 03 avqust 2021-ci il tarixli, 01087933 nömrəli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 390,20 manat əsas və 58,50 manat cərimə borcu olmaqla, cəmi 448,70 manat, 04 avqust 2021-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 70,40 manat əsas və 10,50 manat cərimə borcu olmaqla, cəmi 80,90 manat, yəni hər iki müqavilə üzrə cəmi 529,60 manat borcu yaranmışdır. Məhkəmə mülki işə iddianın qiymətinin beş min manatdan az olması, prosessual hüquq və vəzifələri izah olunmuş cavabdehin iddia ərizəsinə etiraz verməməklə tələbi mübahisələndirməməsi, beləliklə də icraat dövründə Azərbaycan Respublikası MPM-in 284-5.4-cü maddəsində işə iddia icraatı qaydasında baxılması üçün nəzərdə tutulmuş hər hansı halın yaranmamasına görə həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onun dəyərini alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş 03 avqust 2021-ci il tarixli, 01087933 nömrəli və 04 avqust 2021-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alğı-satqı müqavilələri, onlara edilmiş əlavələr, ödəniş cədvəlləri, maliyyə arayışları, xəbərdarlıq və ona dair poçt qəbzi əsasında işin faktiki hallarının iddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. İddia ərizəsinə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı iş üzrə dövlət büdcəsinə 30,00 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə göstərilən qanunvericilik normaları və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284- 1-284-6-cı maddələrini rəhbər tuturaq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 03 avqust 2021-ci il tarixli, 01087933 nömrəli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 390,20 manat əsas və 58,50 manat cərimə borcu olmaqla, cəmi 448,70 manat, 04 avqust 2021-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 70,40 manat əsas və 10,50 manat cərimə borcu olmaqla, cəmi 80,90 manat, beləliklə də hər iki müqavilə üzrə cəmi 529,60 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 559,60 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(064)-339/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-339/2023
09.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver