Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-390/2023 16.06.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirlyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirlyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh lizinq ödənişinə görə 7.385 manat əsas borc, 2.200 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 9.615 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabnetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş “Aqroliznq ASC” ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1058-L/14 nömrəli müqaviləyə əsasən kənd təsərrüfatı texnikası lizinqə götürülmüşdür. Borclu üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. Müqavilə üzrə cavabdehin cəmi 7.385 manat borcu vardır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən borclu lizinq ödənişlərinin vaxtında və tam həcmdə ödəməyi öhdəsinə götürmüşdür. Bununla da, borclu "xxxx" ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin qrafik üzrə vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə iclasında: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirlyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi vəkil Nümayəndə2 məhkəməyə müraciət edərək işə onların iştirakları olmadan baxılmasını və iddia tələbinin həcmini azaldaraq xx.xx.2014-cü il tarixli, 1058- L/14 nömrəli müqavilə üzrə hesablanmış 2.200 manat cərimə borcunun və 30 manat ödənilmiş dövlət rusumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Həmin ərizədə həmçinin qeyd edilmişdir ki, Cavabdeh mübahisələndirilən müqavilə üzrə borcunu tam şəkildə ödəmişdir. Bu səbəbdən də müqavilənin ləğv edilməsi və texnikanın geri alınması zərurəti aradan qalxmışdır. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, xx.xx.2014-cü il tarixli, 1058-L/14 nömrəli müqavilə artıq xitam edilmişdir və o, iddiaçıya olan borcunu tam şəkildə ödəmişdir. Ləğv edilmiş xx.xx.2014-cü il tarixli müqavilə üzrə ondan 2.200 manat cərimə borcunun tələb olunması əsasssızdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə cavabdehi dinləyərək və iddia ərizəsini nəzərdən keçirərək və iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh xx.xx.2014-cü il tarixli, 1058-L/14 nömrəli müqaviləyə əsasən kənd təsərrüfatı texnikasını lizinqə götürmüş lakin üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. Belə ki, cavabdehin həmin müqavilə üzrə 7.385 manat əsas borc, 2.200 manat cərimə borcu olmaqla cəmi 9.585 manat borcu yaranmışdır. Sonradan iddiaçının nümayəndəsi vəkil Nümayəndə2 iddia tələbinin həcmini azaldaraq Cavabdeh mübahisələndirilən müqavilə üzrə borcunu tam şəkildə ödədiyini, bu səbəbdən də müqavilənin ləğv edilməsi və texnikanın geri alınması zərurətinin aradan qalxdığını bildirmiş və xx.xx.2014-cü il tarixli, 1058-L/14 nömrəli müqavilə üzrə hesablanmış 2.200 manat cərimə borcunun və 30 manat ödənilmiş dövlət rusumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Lakin iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli, 229/U saylı əmrdan görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1058-L/14 nömrəli müqaviləyə xitam verilmiş və tərəflər arasında yeni xx.xx.2018-ci il tarixli, 03-GL/18 müqavlə (güzəşt) bağlanmışdır. Lakin iddia tələbindən görünür ki, cavabdehdən xx.xx.2014-cü il tarixli, 1058-L/14 nömrəli müqavilə üzrə hesablanmış cərimə borcunun tutulması tələb edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan müqaviləyə artıq xitam verildiyindən cavabdehdən həmin müqavilə üzrə cərimə borcunun hesablanaraq tələb olunması əsassızdır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsində deyilir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Odur ki, məhkəmə belə yekun qənaətə gəlir ki, iddiaçının cavabdehə qarşı olan xx.xx.2014-cü il tarixli, 1058-L/14 nömrəli müqavilə üzrə hesablanmış 2.200 manat cərimə borcunun tutulması tələbinə dair iddiası əsassız hesab edilərək rədd edilməlidir. Həmçinin iddia rədd edildiyindən dövlət rusumuna görə ödənilmiş 30 manat iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirlyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İş üzrə dövlət rüsumuna görə ödənilmiş 30 manat iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-390/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-390/2023
16.06.2023 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver