Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-4/2025 09.01.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhəkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" QSC (bundan sonra - İddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə (bundan sonra – Məhkəmə) müraciət edərək 6692,03 manat əsas, 106,19 manat faiz və 8,69 manat cərimə olmaqla, ümumilikdə 6806,91 manat borcun və ödənilmiş 88,47 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh - Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 istehlak məqsədləri üçün 100 000 manat məbləğində 120 ay müddətinə, xx.xx.2032-ci il tarixinədək müddət ərzində Əlavə Kredit Müqavilələri bağlanılmaqla kredit verilməsi nəzərdə tutulmuşdur. Buna uyğun olaraq borclu ilə bağlanmış xx.xx.2022-ci il tarixli Əlavə kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 60 ay müddətinə illik 20% ödəmək şərtilə 6765 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin Hüseynov X2 bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə onun kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə İddiaçıya 6692,03 manat əsas, 106,19 manat faiz, 8,69 manat cərimə borcu olmaqla, cəmi 6806,91 manat borcu yaranmışdır. Həmin tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh3 və Cavabdeh2 xx.xx.2022-ci il tarixli əlavə kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və İddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli izahat ilə Məhkəməyə müraciət etmişdir və müraciətdə qeyd edilmişdir ki, əvvəllər İddiaçı ilə Cavabdeh1 arasında bir neçə kredit müqavilələri mövcud olmuşdur. Müştərinin xx.xx.2019-cu il tarixli, 593micBKX/19 saylı kreditinin ödənilməsində maddi çətinliyi yaranmış, Banka müraciət edərək ona yeni kredit verilməsini və bu kredit hesabına gecikmədə olan kreditinin bağlanılmasını xahiş etmişdir. Müştərinin xahişinə uyğun olaraq ona xx.xx.2022-ci il tarixli, 79micBKX/22 saylı müqavilə üzrə yeni kredit verilmiş və verilmiş yeni kredit hesabına müştərinin gecikmədə olan krediti(xx.xx.2019-cu il tarixli, 593micBKX/19 saylı) bağlanmışdır. Qeyd edilən prosedur, yəni əvvəlki kreditin yeni öhdəlik hesabına bağlanması müvafiq qanunvericiliyə əsasən həyata keçirilmişdir. Hazırki halda da, Bankla müştəri arasında xx.xx.2022-ci il tarixli, 79micBKX/22 saylı yeni kredit müqaviləsi bağlanmış, bu tərəflərin imzaları ilə təsdiq edilmiş və yeni öhdəlik üzrə pulun verilməsini təsdiq edən bankdaxili qərar verilmişdir. xx.xx.2022-ci il tarixli, 79micBKX/22 saylı yeni əlavə kredit müqaviləsinin 1.2-ci bəndində-kreditin məqsədli təyinatında qeyd olunmuşdur: “Kredit məbləği bank qarşısındakı kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönləndiriləcək” . Müqavilənin 1.2-ci bəndindən də aydın olduğu kimi xx.xx.2022-ci il tarixli, 79micBKX/22 saylı kredit müqaviləsi xx.xx.2019-cu il tarixli, 593micBKX/19 saylı kredit müqaviləsinin bağlanılması(xitam olunması) şərti ilə rəsmiləşdirilmişdir. Bundan başqa, borclu yeni kredit sifarişi üçün ərizə ilə banka müraciət etmiş və bankdaxili qərarlar izahata əlavə olunmuşdur) yeni kreditin verilməsi nəzərdə tutulmuşdur. Ödəniş tarixçəsinə və hesabdan çıxarışa əsasən müəyyən olunur ki, cavabdeh 6765 AZN əsas kredit borcundan 275.70 AZN ödəniş etmişdir.(6765-275.70=6489.30) Qalıq borca da müqavilə şərtlərinə əsasən faiz və cərimələr hesablanmışdır. İddiaçının nümayəndəsi Məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etdi. Cavabdehlərə Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlmədilər və gəlməməsinin səbəbləri barədə Məhkəməyə məlumat daxil olmadı. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən Cavabdeh3 izahat verərək bildirdi ki, iddianı qismən qəbul edir. Beləki, onun banka olan borcu iddia ərizəsində tələb olunan borcdan azdır. O, banka məbləği dəqiq yadında qalmasa da, xeyli ödənişlər edib. Odur ki, əsas və faiz borclarının dəqiq hesablanması üçün müvafiq ekspertizanın keçirilməsini xahiş etdi. İş materiallarında olan: - xx.xx.2022-ci il tarixli, 79mfcBKX/22-EM saylı əsas kredit və bank hesabı müqaviləsi əsasında müəyyən edilir ki, Cavabdeh1 istehlak məqsədləri üçün 100 000 manat məbləğində 120 ay müddətinə, xx.xx.2032-ci il tarixinədək müddət ərzində Əlavə Kredit Müqavilələri bağlanılmaqla kredit verilməsi nəzərdə tutulmuşdur; - xx.xx.2022-ci il tarixli, 79micBKX/22 saylı əlavə kredit müqaviləsi əsasında müəyyən edilir ki, Cavabdeh1 istehlak məqsədləri üçün 60 ay müddətinə illik 20% ödəmək şərtilə 6765 manat məbləğində kredit verilmişdir; - xx.xx.2022-ci il tarixli, 79micBKX/22 saylı zaminlik müqaviləsinə əsasən müəyyən edilir ki, Cavabdeh3 və Cavabdeh2 xx.xx.2022-ci il tarixli əlavə kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdürlər; - xx.xx.2024-cü il tarixli, 9/7551 saylı ekspert rəyi əsasında müəyyən edilir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli, 79micBKX/22 saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq Cavabdeh3 xx.xx.2023-cü il tarixinə İddiaçıya olan borcu cəmi 6755,5 manat (6662,96 manat əsas və 92,54 manat faiz borcu) təşkil edir; - hesabdan çıxarış əsasında müəyyən olunur ki, Cavabdeh3 tərəfindən xx.xx.2023cü il tarixdən sonra xx.xx.2022-ci il tarixli, 79micBKX/22 saylı əlavə kredit müqaviləsi üzrə 800 manat məbləğində ödəniş aparılıb; - xx.xx.2024-cü il tarixli elektron sorğu məlumatı əsasında müəyyən olunur ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixdə ölüb; - xx.xx.2022-ci il tarixli bildiriş əsasında müəyyən olunur ki ki, İddiaçı Cavabdeh1 müraciət edərək onun banka həmin tarixə 6700,39 manat əsas, 144,75 manat faiz, 3,27 manat cərimə borcu olmaqla, cəmi 6848,41 manat borcunun yarandığı, onun kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etmədiyi bildirilərək bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etməyi təklif etmişdir. Öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. - 465.1-ci maddəsinə görə borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. - 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - 477.0.4-ci maddəsinə görə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixli bildiriş ilə İddiaçı müqavilənin ləğvinə dair iradə ifadəsini yazılı şəkildə Cavabdehə bildirmiş və bununla da müqavilə artıq bildirişdə qeyd olunan tarixdə ləğv olunmuşdur. Belə olan halda, Məhkəmə hesab edir ki, həmin bildirişdə qeyd olunan məbləğlər nəzərə alınmalıdır. Məhkəmə xx.xx.2024-cü il tarixli ekspert rəyi əsasında müəyyən edir ki, cavabdehlərin xx.xx.2023-cü il tarixinə İddiaçıya olan borcu 6662,96 manat əsas və 92,54 manat faiz borcu olmaqla cəmi 6755,5 manat təşkil edir. Cavabdeh3 xx.xx.2023-cü il tarixdən sonra xx.xx.2022-ci il tarixli, 79micBKX/22 saylı əlavə kredit müqaviləsi üzrə əsas borcdan 800 manat (xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 200 manat və xx.xx.2023-cü il tarixdə 200 manat olmaqla) məbləğində ödəniş edib. Belə olan halda, İddiaçı tərəfindən tələb edilən əsas borcun məbləği 5862,96 manat (6662,96 manat – 800 manat) təyin edilməlidir. Bununla yanaşı Məhkəmə qeyd edir ki, elektron sorğu nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixdə ölüb. Belə olan halda Məhkəmə hesab edir ki, iddia tələbinə həmin hissədə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinin tələbinə əsasən xitam verilməlidir. İş materiallarından görünür ki, hazırkı iş üzrə məhkəmə xərci İddiaçının dövlət rüsumuna görə ödədiyi 88,47 manatdan ibarətdir. İddiaçının tələbi Məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 88,47 manat dövlət rüsumunun 77,4 manatı Cavabdehə aid edilməlidir. Həmçinin 100 manat ekspertiza xərci də Cavabdehə aid edilməlidir. Beləliklə, Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin xeyrinə 5862,96 manat əsas, 92,54 manat faiz və 3,27 manat cərimə borcu olmaqla, ümumilikdə 5958,77 manat və ödənilmiş 77,4 manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. İddia tələbinə Cavabdeh2 aid hissədə xitam verilsin. Mülki iş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 100 (yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh3nd tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-4/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-4/2025
09.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver