Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-402/2024 24.01.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi İsmayılov Elmir Akif oğlu, İddiaçı "xxxx" Kİ MMC-nin verdiyi iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Kİ MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 245 manat əsas borcu, 69 manat faiz borcu, 20 manat cərimə borcu olmaqla cəmi 334 manat və dövlət nəfinə ödənmiş 20 manat dövlət rüsumu alınıb "xxxx" Kredit İttifaqı MMC-yə verilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki iş materiallarından müəyyən etmişdir ki, cavabdehə verilmiş kredit sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-in: -26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. - 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən qanunvericilik normalarına və işin müvafiq prosessual halına əsaslanaraq Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata götürülmədən özünə geri qaytarılmalı və ona məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə hazırki məzmunlu iddia ərizəsi ilə müraciət etmək hüququnun olması izah olunmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Repsublikası MPM-in 26.1, 152.1, 263, 264, 266-269, 284-3-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" Kİ MMC-nin verdiyi iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçıya geri qaytarılsın. İddiaçı "xxxx" Kİ MMC məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə hazırki məzmunlu iddia ərizəsi ilə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(064)-402/2024
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-402/2024
24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver