Məhkəmə qərarları › İş №2(064)-406/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-406/2023

14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-406/2023 14.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, iddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı BOKT "xxxx" MMC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixli, 108 saylı kredit müqaviləsi üzrə 1.757,13 manat əsas borc, 9,57 manat faiz borcu olmaqla cəmi 1.766,70 manat borcun və 38 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, BOKT "xxxx" MMC-nin Beyləqan filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli qrup kredit müqaviləsinə əsasən cavabdehə kənd təsərrüfatı (iri buynuzlu heyvanların kökəldilməsi) məqsədilə 18 ay müddətinə illik 20.9 faiz dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanının icrasının təmin edilməsi məqsədi ilə BOKT "xxxx" MMC-nin Beyləqan filialı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarxili, 108 saylı restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 1.769,85 manat məbləğində kredit borcu illik faiz dərəcəsi 1 5 olmaqla 5 ik müddətinə restrukturizasiya edilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliylərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində cavabdehin 1.757,13 manat əsas borc, 9,57 manat faiz borcu olmaqla cəmi 1.766,70 manat borcu ödənilməmiş qalmışdır. Belə olan halda, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, BOKT "xxxx" MMC-nin Beyləqan filialı ilə Cavabdeh bağlanmış xx.xx.2019-cu il tarixli, 108 saylı kredit müqaviləsinə əsasən cavabdehə kənd təsərrüfatı (iri buynuzlu heyvanların kökəldilməsi) məqsədilə 18 ay müddətinə illik 20.9 faiz dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanının icrasının təmin edilməsi məqsədi ilə BOKT "xxxx" MMC-nin Beyləqan filialı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarxili, 108 saylı restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 1.769,85 manat məbləğində kredit borcu illik faiz dərəcəsi 1 5 olmaqla 5 ik müddətinə restrukturizasiya edilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində cavabdehin 1.757,13 manat əsas borc, 9,57 manat faiz borcu olmaqla cəmi 1.766,70 manat borcu ödənilməmiş qalmışdır. Belə olan halda iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 1.757,13 manat əsas borc, 9,57 manat faiz borcu olmaqla cəmi 1.766,70 manat pul iddiaçı «BOKT "xxxx" MMC-nin xeyirinə tutulmalıdır. Bundan başqa, MPM-in 107-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 38 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Odur ki, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1.757,13 manat əsas borc, 9,57 manat faiz borcu olmaqla cəmi 1.766,70 manat borc və 38 manat dövlət rüsumu iddiaçı «BOKT "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov Azərbaycan Respublikası Füzuli Rayon Məhkəməsi AZ 1900 Füzuli rayonu Tel: (026) 315-51-82 Horadiz şəhəri Faks: (026) 315-51-71 İş № 2(064)-406/2023 16 mart 2023-cü il İddiaçı: «BOKT "xxxx" MMC-yə Ünvan: Xocavənd rayonu, 500 ailəlik qəsəbə, ev 411 Cavabdeh Ünvan: Beyləqan şəhəri, SMD-42 qəsəbəsi. Füzuli Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(064)-406/2023 saylı qətnamə sizə göndərilir. Qoşma: 14 mart 2023-ci il tarixli, 2(064)-406/2023 saylı qətnamə. Hakim Yaşar Həşimov 2(064)-406/2023 MƏHKƏMƏ İCLASİNDAN KƏNAR PROSESSUAL HƏRƏKƏTİN APARİLMASİ BARƏDƏ PROTOKOL Füzuli Rayon Məhkəməsi 14 mart 2023-cü il Füzuli rayonu, Horadiz şəhəri Mən, hakim Həşimov Yaşar Xanoğlan oğlu, İddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasından kənar qaydada baxdım. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri, eləcə də cavabdehə göndərilmiş məhkəmə bildirişini nəzərdən keçirdikdən sonra aşağıdakı qətnaməni qəbul etdim: İddia təmin edilsin. Cavabdeh 1.757,13 manat əsas borc, 9,57 manat faiz borcu olmaqla cəmi 1.766,70 manat borc və 38 manat dövlət rüsumu iddiaçı «BOKT "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. S ə d r l i k e d ə n:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar