Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-429/2023 06.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X13 və İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı verdiyi “alimentin məbləğinin artırılması” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra - cavabdeh) nikahlarından doğulmuş 02 may 2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində müəyyən edilmiş 100 manat alimentin miqdarının artırılaraq hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində və məhkəməyə verdiyi izahatında tələbini onunla əsaslandırmışdır ki, Füzuli Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(064)1537/2020 nömrəli qətnaməsi ilə iddiası təmin edilərək, Cavabdeh ondan doğulmuş 02 may 2020-ci il təvəllüdlü X7 atası olması müəyyən edilmiş, sonuncunun yetkinlik yaşına çatanadək saxlanılması üçün 28 avqust 2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 100 manat sabit pul məbləğində aliment alınaraq ona ödənilməsi qət edilmişdir. X3 “Anadangəlmə ürək qüsuru, perimembranoz VSD, pulmonar darlıq” xəstəliyindən əziyyət çəkməsinə görə mütəmadi olaraq müayinə və müalicə etdirir. İşləmədiyinə görə sonuncunun artan təhsil, geyim və müalicə xərclərini məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment məbləği ilə normal şəkildə ödəyə bilmir. Amma cavabdeh hərbçi işləməklə normal əmək haqqı alır. Cavabdeh məhkəmə iclasına vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, gəlməmiş, məhkəməyə göndərdiyi ərizəsində iş üzrə məhkəmə iclasına işi ilə əlaqədar gələ bilməyəcəyini və iddianı qəbul etmədiyini göstərmişdir. Buna görə də məhkəmə hazırki iddia ərizəsinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş aşağıda göstərilən sənədlər əsasında müəyyən etmişdir ki,: - Füzuli Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(064)1537/2020 nömrəli qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək, Cavabdeh İddiaçı doğulmuş 02 may 2020-ci il təvəllüdlü X7 atası olması müəyyən edilmiş, sonuncunun yetkinlik yaşına çatanadək saxlanılması üçün 28 avqust 2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 100 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməsi qət edilmişdir (Həmin qətnamənin surətinə əsasən). - Cavabdeh 02 may 2020-ci il tarixdə İddiaçı doğulmuş X9 atası hesab edilməsi Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 20 noyabr 2020-ci il tarixdə 69 nömrə ilə qeydə alınmışdır (“Atalığın müəyyən edilməsi haqqında” AZ-İ 402100 nömrəli şəhadətnamənin surətinə əsasən). - X15 “Anadangəlmə ürək qüsuru, perimembranoz VSD, pulmonar darlıq” xəstəliyindən əziyyət çəkir (Azərbaycan Tibb Universiteti X6 tərəfindən verilmiş 13 iyun 2022-ci il tarixli “Pediatrik transtorakal exokardioqrafiya protokolu”nun surətinə əsasən). - X4 rayonu, Alıxanlı kəndində anası İddiaçı himayəsində yaşayır (Füzuli RİHB-nın Alıxanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 yanvar 2023-cü il tarixli arayışa əsasən). - Cavabdeh ilə X8 arasında bağlanmış nikah 27 noyabr 2020-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır (AZ-İİ 422258 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən). - Cavabdeh ilə X5 nikahından 10 aprel 2021-ci il tarixdə X10 və 06 iyun 2022-ci il tarixdə X11 adlı uşaqları doğulmuşdur (AZ-İİ 422258 və AZ-İV 596805 nömrəli doğum haqqında şəhadətnamələrin surətləri). Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. - 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının: - 8.2-ci bəndində göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. - 8.3-cü bəndində göstərilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. - 8.13-cü bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. - 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Məhkəmə əvvəla, Azərbaycan Respublikası MPM-in 82.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, Füzuli Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(064)1537/2020 nömrəli qətnaməsi ilə alimentin təyin edildiyi vaxtdan iki ildən artıq müddət keçdiyindən iddiaçı ilə cavabdehin nikahından doğulmuş 02 may 2020-ci il təvəllüdlü X9 böyüdükcə gündəlik tələbatının artması, bunun da əlavə xərc tələb etməsi hamıya bəlli olan faktdır və mübahisə edilə bilməz bunun sübuta ehtiyacı yoxdur. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, Füzuli Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(064)1537/2020 nömrəli qətnaməsində aliment məbləği təyin edilərkən tərəflərin nikahından doğulmuş X9 “Anadangəlmə ürək qüsuru, perimembranoz VSD, pulmonar darlıq” xəstəliyindən əziyyət çəkməsi, bununla əlaqədar sonuncunun mütəmadi olaraq müayinə və müalicə edilməsinə ehtiyac olması, buna görə çəkiləcək xərclər nəzərə alınmamışdır. Məhkəmə göstərilən qanunvericilik normaları, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeləri və işin müəyyən edilmiş faktiki hallarına əsaslanaraq belə qənaətə gəlir ki, cavabdehlə X5 nikahından 10 aprel 2021-ci il tarixdə X10 və 06 iyun 2022-ci il tarixdə X11 adlı uşaqlarının doğulması cavabdehi iddiaçı ilə nikahından doğulmuş, iddiaçının himayəsinə verilmiş X1 üçün sağlamlıq, o cümlədən göstərilən xəstəliyə görə mütəmadi olaraq müayinə və müalicə edilməsi, təhsil, inkişaf, məişət qayğıları ilə əlaqədar çəkilməli olan, artan xərclərin ödənilməsində iştirak etməklə iddiaçıya aliment ödəmək vəzifəsindən azad etmir. Məhkəmə yuxarıda göstərilən qanunvericlik normalarını hazırki işin materialları ilə müəyyən edilmiş işin faktiki hallarına tətbiq edib, tərəflərin təqdim etdiyi sübutlara məcmu halda qiymət verib, X2 ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi, hazırda X9 böyüdükcə sağlamlıq, o cümlədən göstərilən xəstəliyə görə mütəmadi olaraq müayinə və müalicə edilməsi, təhsil, inkişaf, məişət qayğıları ilə əlaqədar xərclərinin hər il artmasını, eləcə də cavabdehlə X5 nikahından 10 aprel 2021-ci il tarixdə X10, 06 iyun 2022-ci il tarixdə X11 adlı uşaqlarının doğulmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Füzuli Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(064)1537/2020 nömrəli qətnaməsi ilə 02 may 2020-ci il təvəllüdlü X1 üçün təyin edilmiş, hər ay 100 manat sabit pul məbləğində təyin edilmiş alimentin miqdarı artırılmalı, hər ay 125 manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya ödənməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.4-cü maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Füzuli Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(064)1537/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmaqla dəyişdirilsin. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq azyaşlı 02 may 2020-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 125 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(064)-429/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-429/2023
06.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver