Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-453/2023 17.05.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 2.614,37 ABŞ dolları, faiz borcu üzrə 1.294,49 ABŞ dolları və 799,58 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 4.708,44 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 33 faizlə 15 ay müddətinə 6.370 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2017-dək Cavabdeh1 banka xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 2.614,37 ABŞ dolları əsas borc, 1.294,49 ABŞ dolları faiz borcu və 799,58 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 4.708,44 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakları olmadan baxılmaqla iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 iddia tələbini qismən qəbul etdi və hesablanmış faiz və cərimə borclarının silinməsini xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehi dinləyərək, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 33 faizlə 15 ay müddətinə 6.370 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin borclu ilə birgə bank qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İddia tələbinə görə, Cavabdeh1 banka 2614,37 ABŞ dolları əsas borc, 1294,49 ABŞ dolları faiz borcu və 799,58 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 4708,44 ABŞ dolları borcu vardır. Göründüyü kimi, cavabdehlər müqavilə üzrə üzərlərinə götürdükləri öhdəlikləri lazımınca yerinə yetirməmiş və götürülmüş borcu vaxtında qaytarmamışlar. Belə olan halda iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə iddia tələbini qismən, yəni əsas borcun qaytarılması hissəsində təmin edərək bildirir ki, cavabdehlə bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 saylı Fərmanı ilə əhatə olunan kredit olmaqla onun borcu 2.915,49 manat təşkil edir. Belə ki, həmin Fərmanın 8.3-cü bəndinə əsasən, bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi başa düşülür. İnternet portaldan çıxarışdan görünür ki, Cavabdeh1 borcundan restrukturizasiya olunması təklif olunan məbləğ 2.915,49 manat olmuşdur. Odur ki, məhkəmə cavabdehdən iddiaçının xeyrinə məhz bu məbləğin tutulmasını əsaslı hesab edir. Öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinin tələbinə görə, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı LPO "xxxx" ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə kredit borcuna görə 2.915,49 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-453/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-453/2023
17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver