Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-454/2023 17.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Heydər oğluna qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Heydər oğlundan xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 910 manat, dəbbə pulu üzrə 85 manat olmaqla, cəmi 995 manat və xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 361,39 manat, dəbbə pulu üzrə 35 manat olmaqla, cəmi 396,39 manat olmaqla ümumilikdə 1.391,39 manat pulun və 30 manat dövlət rüsumunun onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh Heydər oğlu arasında xx.xx.2019-cu il tarixdə LED LG ** UK ***0 markalı televizorun və xx.xx.2019-cu il tarixdə radiator və bağlantıların nisyə alğı-satqısına dair nisyə alğı-satqı müqavilələri bağlanılmışdır. Həmin müqavilələrə əsasən o, qeyd edilən malları Cavabdeh Heydər oğluna nisyə satmağı, Cavabdeh Heydər oğlu isə ona satılmış malları qəbul edib razılaşdırılmış formada ödəniş cədvəllərinə uyğun olmaqla “Malların” dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliklərini icra etmir, müqavilə şərtlərini qəsdən kobud şəkildə pozmuşdur. Hazırda cavabdehin borcu xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 910 manat, dəbbə pulu üzrə 85 manat, cəmi 995 manat olmaqla, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 361,39 manat, dəbbə pulu üzrə 35 manat, cəmi 396,39 manat olmaqla ümumilikdə 1391,39 manat təşkil edir. Lakin cavabdeh xəbərdar edilməsinə baxmayaraq, öhdəliyində olan borclarını ödəməkdən yayınmışdır. Ona görə də, hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Heydər oğluna məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, İddiaçıla Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə LED LG ** UK ***0 markalı televizorun və xx.xx.2019-cu il tarixdə radiator və bağlantıların nisyə alğı-satqısına dair nisyə alğı-satqı müqavilələri bağlanılmışdır. Həmin müqavilələrə əsasən iddiaçı qeyd edilən malları cavabdehə nisyə satmağı, cavabdeh isə ona satılmış malları qəbul edib razılaşdırılmış formada ödəniş cədvəllərinə uyğun olmaqla malların dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Göründüyü kimi, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. Belə olan halda, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə yuxarıda göstərilənlərə əsasən və AR MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh Heydər oğlundan xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 910 manat, dəbbə pulu üzrə 85 manat olmaqla, cəmi 995 manat və xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 361,39 manat, dəbbə pulu üzrə 35 manat, cəmi 396,39 manat olmaqla ümumilikdə 1.391,39 manat və 30 manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov Azərbaycan Respublikası Füzuli Rayon Məhkəməsi AZ 1900 Füzuli rayonu, Horadiz şəhəri Tel: (026-315)51-71 Faks (026-315)51-71 İş № 2(064)-454/2023 28 mart 2023-cü il İddiaçı Ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq 2704 küçəsi, ev 221 Cavabdeh Heydər oğluna Ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İlqar Məmmədov küçəsi, ev 14 Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(064)-454/2023 saylı qətnaməsi sizə göndərilir. Qoşma: qətnamə. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-454/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-454/2023
17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver