Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-46/2025 04.06.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbi”nə dair iddiası üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın əvəzinin qaytarılması tələbi”nə dair iddia ərizəsi ilə müraciət edərək Cavabdeh onun xeyrinə 2587 manat dəymiş maddi ziyan, 300 manat hüquqi xidmət haqqı və 46 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2933 (iki min doqquz yüz otuz üç) manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə gecə saat 00:15 radələrində idarə etdiyi “Mitsubishi Pajero” minik markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobillə iş yoldaşı Tofiq Səlimovla birlikdə işdən çıxıb evə gedən zaman Sumqayıt şəhəri, İnşaatçılar və Azərbaycan prospektinin kəsişməsində işıqforun yaşıl işığında sola tərəf dönmək istədikdə arxadan yüksək sürətlə gələn və üzərində dövlət qeydiyyat nişanı olmayan “BMV-535” minik markalı avtomobil onun idarə etdiyi avtomobilin qabaq sağ qanadını (krılo) və qabaq sağ çarxın vurmuş və sonra da işıqforun dirəyinə çırpılaraq dirəyi aşırmışdır. Nəticədə, onun idarə etdiyi avtomobilin qabaq sağ qanadı (krılosu), qabaq sağ çarxı, qabaq buferi və digər ehtiyyat hissələri əzilməklə yararsız hala düşmüş və ona xeyli miqdarda maddi ziyan dəymişdir. “BMV-535” minik markalı avtomobili idarə edən şəxs - polis əməkdaşı cavabdeh Fİ.R.Heydərzadə həmin vaxt mülki geyimdə və içkili vəziyyətdə olmuşdur. Hadisə yerinə gəlmiş Sumqayıt şəhər Pİ-nin DYPŞ-nin əməkdaşı Elnur adlı polis baş leytenantı avtomobilin sənədlərini alıb bildirdi ki, avtomobillər cərimə meydançasına getməlidir. Ona məxsus avtomobili evakuatora yükləyib Xırdalanda yerləşən müvəqqəti duracağa aparmışlar. “BMV- 535” minik markalı avtomobili idarə edən Cavabdeh mobil telefon nömrələrini ona verib bildirmişdir ki, narahat olmayın, cavabdehin idarə etdiyi avtomobilin sığortası olmadığına görə onun avtomobilini özü təmir etdirəcək. Ertəsi gün Sumqayıt şəhər Pİ-nin DYPŞ-nin qarşısında Cavabdeh ilə görüşəndə, o, polis formasında imiş, onlar bir az söhbət edib ayrılmışlar və xx.xx.2024-cü il tarixdə DYPŞ-də polis kapitanı Niyaməddin Həsənovun qəbulunda olmuşdur. N.Həsənov onun izahatını almış və təxminən bir saatdan sonra yol-nəqliyyat hadisəsi baş vermiş ərazidə olmağını tapşırmışdır. O, bir saatdan sonra hadisə baş vermiş əraziyə - İnşaatçılar və Azərbaycan prospektinin kəsişməsinə gələndə oraya tanımadığı, sonradan adını və soyadını öyrəndiyi X2 da gəlmişdir. Polis kapitanı N.Həsənov həmin şəxsin yanında ona suallar verib hadisənin necə baş verdiyini soruşmuş və o, da hər şeyi olduğu kimi izah eləmişdir. Araşdırmanın nəticəsindən belə başa düşmüşdür ki, guya “BMV-535” minik markalı avtomobili Cavabdeh deyil, X2 idarə etmişdir. Sonda N.Həsənov yol-nəqliyyat hadisəsinin baş verməsində onun təqsirkar olduğunu bildirmiş və əsassız olaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə TP ******* saylı, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul etmişdir. Həmin qərarda nə avtomobillərin toqquşması barədə, nə “BMV-535” minik markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil barədə, nə də həmin avtomobili idarə edən Cavabdeh barədə doğru-dürüst bir məlumat qeyd olunmamış və hər iki sürücünün - onun və Cavabdeh sərxoşluğu barədə müvafıq arayışlar alınıb araşdırma materialına əlavə edilməmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, xx.xx.2023-cü il tarixdə gecə saat 00:15 radələrində Sumqayıt şəhəri, İnşaatçılar və Azərbaycan prospektinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı o, idarə etdiyi avtomaşınla heç bir yol hərəkəti qaydasını pozmamışdır. O, işıqforun yaşıl işığında sola tərəf dönmə hərəkəti etmişdir, “BMV-535” minik markalı avtomobil isə işıqforla tənzimlənən dördyol ayrıcında yüksək sürətlə gələrək ötmə hərəkəti etmiş və nəticədə yol-nəqliyyat hadisəsi törətmişdir. Sumqayıt şəhər Pİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı polis kapitanı N.Həsənovun qəbul etdiyi “İnzibati tənbeh vermə haqqında” qərar qanunsuz, əsassız və qərəzli olduğuna görə həmin qərarın ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 3(060)- 115/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarı ilə “İnzibati tənbeh vermə haqqında” TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və yenidən araşdırılması üçün Sumqayıt şəhər Pİ-nin Dövlət Yol Polisi Şöbəsinə göndərilməsi qərara alınmışdır. Mübahisənin başqa həlli mövcud olmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş lakin o, məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini qəbul etmədiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi redd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 6/2-0-1181 saylı məktubunda deyilir: “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzinə və Sumqayıt şəhər Polis İdarəsinə ərizə ilə ünvanladığınız müraciətlərinizə tərəfimizdən baxılmışdır. Bildiririk ki, xx.xx.2023-cü il tarixdə, Mitsubishi Pajero markalı **-DF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman, Sumqayıt şəhəri, İnşaatçılar- Azərbaycan prospektinin kəsişməsində, işıqforun yaşıl işığında hərəkətə başlayıb sola manevr edərkən, solunuzda hərəkətdə olan BMW 535 markalı **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq sağ hissəsi ilə toqquşmuş, BMW 535 markalı nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirərək yolun kənarında quraşdırılmış işıqfor obyektinə dəyərək yol nəqliyyat hadisəsi törətmişsiniz. Nəticə olaraq, Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” qanunun qanunun 42-ci maddəsinin İ bəndinin (Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır) tələbini pozduğunuza görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi nəzərdə tutulmuş inzibati xətaya yol verdiyiniz üçün barənizdə İXP ******* nömrəli inzibati protokol tərtib edilərək inzibati tənbeh vermə haqqında TP ******* nömrəli 40 (qırx) manat məbləğində cərimə qərarı tətbiq edilmişdir.” - Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-115/2024 saylı qərarından görünür ki, İddiaçı şikayəti qismən təmin edilmiş, Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarın ləğv edilməsi və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 58-6/2-B-15880 saylı məktubunda deyilir: “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin rəhbərliyinə elektron poçt vasitəsi ilə ünvanladığınız müraciətə baxılmışdır. Bildiririk ki, xx.xx.2023-cü il tarixdə, Mitsubishi Pajero markalı **-DF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarəedən zaman, Sumqayıt şəhəri, İnşaatçılar-Azərbaycan prospektinin kəsişməsində, işıqforun yaşıl işığında hərəkətə başlayıb sola manevr edərkən, solunuzda hərəkətdə olan BMW 535 markalı **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq sağ hissəsi ilə toqquşmuş, BMW 535 markalı nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirərək yolun kənarında quraşdırılmış işıqfor obyektinə dəyərək yol nəqliyyat hadisəsi törətmişdir. Nəticə olaraq, Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” qanunun qanunun 42-ci maddəsinin İ bəndinin (Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və aayanmazaan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır) tələbini pozduğunuza görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 -ci maddəsi nəzərdə tutulmuş inzibati xətaya yol verdiyiniz üçün barənizdə İXP ******* nömrəli inzibati protokol tərtib edilərək inzibati tənbeh vermə haqqında TP ******* nömrəli 40 (qırx) manat məbləğində cərimə qərarı tətbiq edilmişdir.” -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi idarəsinin ünvan 3 ünvanlanmış xx.xx.2024-cü il tarixli 2-39761/2024 saylı məktubunda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixli 87 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən sorğu etdiyiniz "BMW 535" markalı **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdən Cavabdeh adında qeydiyyatdadır. -AECS Qiymətləndirmə və Konsaltinq Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli hesabatdan görünür ki, “Mitsubishi Pajero” minik markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobillə dəymiş zərərin qiyməti 2587 manat təşkil edir. -nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mitsubishi Pajero” minik markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. -Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən verilmiş 3794 saylı nəqliyyat vasitələrinin zədələnməsi haqqında arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə, İddiaçı tərəfindən Mitsubishi Pajero markalı **-DF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarəedən zaman, Sumqayıt şəhəri, İnşaatçılar-Azərbaycan prospektinin kəsişməsində yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə X1 idarə etdiyi BMW 535 markalı **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. -İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı həmin bildirişdə cavabdehə ona dəymiş 2587 manat maddi zərəri könüllü olaraq ödəməyi barədə xəbərdar etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı ona vurulmuş ziyanın əvəzi üzrə 2587 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını tələb etmiş, tələbini avtomobilin cavabdehə məxsus olması, sonuncu tərəfindən idarə olunarkən zərərin vurulması ilə əsaslandırmış, tələbinin əsası kimi istinad etdiyi halların təsdiqi üçün hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş üzrə sübutlarla iddiaçının avtomobilinə zərərin cavabdehin törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində vurulması halı təsdiq edilməmişdir. Belə olan halda zərərin əvəzini ödəmək öhdəliyi də avtomobilin formal olaraq iddiaçının mülkiyyətində olması tələbin təmin edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Belə ki, qeyd edilən maddi hüquq normasının tələbinə əsasən zərərin əvəzini ödəmək öhdəliyi yalnız o şəxsin üzərinə qoyula bilər ki, avtomobil həm onun mülkiyyətində və ya qanunsuz sahibliyində olsun, eyni zamanda zərər də həmin şəxs tərəfindən vurulmuş olsun. Yəni iddiaçının hazırki tələbi cavabdehə qarşı o halda təmin edilə bilərdi ki, cavabdehin mükiyyətində olan avtomobillə törədilmiş yol nəqliyyat hadisəsinin cavabdeh tərəfindən törədilməsi halı təsdiq edilmiş olsun. İş üzrə sübutlarla isə yol nəqliyyat hadisəsinin cavabdeh tərəfindən törədilməsi halı sübut edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə sübutlarla iddiaçıya məxsus avtomobilin zədələnməsi və bununla əlaqədar ona zərər dəyməsi halının cavabdehin təqsiri üzündən baş verməsi halı sübut edilmədiyindən iddia təmin edilə bilməz və rədd edilməlidir. Məhkəmə həmçinin bildirir ki, iddiaçı cavabdehdən onun xeyrinə 300 manat hüquqi xidmət haqqı və 46 manat ödənilmiş dövlət rüsumunun da tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi rədd edildiyindən 300 manat hüquqi xidmət haqqı və 46 manat ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbi”nə dair iddia tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №2(064)-46/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-46/2025
04.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver