Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-482/2023 09.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı verdiyi “alimentin məbləğinin artırılması” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra - cavabdeh) nikahlarından doğulmuş 01 aprel 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində müəyyən edilmiş 100 manat alimentin miqdarının artırılaraq hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında tələbini onunla əsaslandırmışdır ki, Füzuli Rayon Məhkəməsinin 08 sentyabr 2014-cü il tarixli, 2(064)590/2014 nömrəli qətnaməsi ilə onunla cavabdeh arasında bağlanmış nikah akt qeydinin pozulması, onların nikahından doğulmuş 01 aprel 2013-cü il təvəllüdlü X2 onun yanında qalması, yetkinlik yaşına çatanadək saxlanması üçün 06 avqust 2014-cü il tarixdən başlayaraq cavabdehdən hər ay 60 manat sabit pul məbləğində aliment alınıb ona verilməsi qət edilmişdir. Həmin məhkəmənin 07 fevral 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin ona ödəməli olduğu aliment məbləği 100 manata artırılmışdır. İşləmədiyinə görə övladı X4 ilə bağlı artan xərcləri həmin aliment məbləği ilə normal şəkildə ödəyə bilmir. Amma cavabdeh işləməklə yaxşı gəlir əldə edir. İddia tələbi üzrə cavabdehin hazırki məhkəmə iclasında verdiyi izahatında ona ödəməli olduğu aliment məbləğinin 150 manata artırılması barədə verdiyi təkliflə razıdır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, iddiaçıya onunla nikahından doğulmuş 01 aprel 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay ödəməli olduğu aliment məblğinin 150 manata artırılması ilə razıdır. İddiaçı ona həmin uşağı ilə ünsiyyət saxlamasına şərait yaradarsa, o, uşağının digər xərclərinin ödənilməsində də iştirak edəcəkdir. Cavabdeh izahatında göstərdikləri barədə məhkəməyə yazılı ərizə təqdim etmiş, iddiaçı da öz növbəsində, məhkəməyə cavabdehin təqdim etdiyi ərizəsində verdiyi təkliflə razı olduğu barədə yazılı ərizə təqdim etmişdir. Məhkəmə mülki işin materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş aşağıda göstərilən sənədlər əsasında müəyyən etmişdir ki,: - Füzuli Rayon Məhkəməsinin 08 sentyabr 2014-cü il tarixli, 2(064)590/2014 nömrəli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı bağlanmış nikah akt qeydinin pozulması, onların nikahından doğulmuş 01 aprel 2013-cü il təvəllüdlü X3 anası İddiaçı yanında qalması, yetkinlik yaşına çatanadək saxlanması üçün 06 avqust 2014-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 60 manat sabit pul məbləğində aliment alınıb İddiaçı ödənilməsi qət edilmişdir (Həmin qətnamənin surətinə əsasən). - Füzuli Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli, 2(064)417/2020 nömrəli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən 01 aprel 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində aliment alınıb İddiaçı ödənilməsi qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(106)1580/2020 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Füzuli Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli, 2(064)417/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (Şirvan Apelyasiya Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(106)1580/2020 nömrəli qətnaməsinin surətinə əsasən). - Cavabdeh “LAKE City” Mənzil-Tikinti Kooretaivində dəmirçi işləməklə hər ay 600 manat məbləğində əmək haqqı alır (Elektron məhkəmə sistemi vasitəsilə əldə edilmiş elektron məlumata əsasən). Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. - 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının: - 8.2-ci bəndində göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. - 8.3-cü bəndində göstərilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. - 8.13-cü bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. - 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 82.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, Füzuli Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli, 2(064)417/2020 nömrəli qətnaməsi ilə 01 aprel 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehdən tutulub iddiaçıya ödənilməli olan aliment miqdarının 100 manata artırılmasından üç ildən artıq müddət keçdiyindən həmin uşağın böyüdükcə gündəlik tələbatının artması, bunun da əlavə xərc tələb etməsi hamıya bəlli olan faktdır, mübahisə edilə bilməz, bunun sübuta ehtiyacı yoxdur. Məhkəmə göstərilən qanunvericilik normaları, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeləri və işin müəyyən edilmiş faktiki hallarına əsaslanaraq belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdehin nikahından 01 aprel 2013-cü il tarixdə doğulmuş X6 adlı uşağın məhkəmə qətnaməsi əsasında iddiaçının yanında saxlanması cavabdehi həmin uşağın saxlanması üçün sağlamlıq, təhsil, inkişaf, məişət qayğıları ilə əlaqədar çəkilməli olan, artan xərclərin ödənilməsində iştirak etməklə iddiaçıya aliment ödəmək vəzifəsindən azad etmir. Məhkəmə yuxarıda göstərilən qanunvericlik normaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqelərini hazırki işin materialları əsasında müəyyən edilmiş faktiki hallarına tətbiq etmək, tərəflərin təqdim etdiyi sübutlara məcmu halda qiymət verməklə, 01 aprel 2013-cü il təvəllüdlü X1 ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini onun diqqətəlayiq mənafeyi kimi, hazırda X3 böyüdükcə sağlamlıq, təhsil, inkişaf, məişət qayğıları ilə bağlı xərclərinin hər il artmasını, eləcə də iddiaçı və cavabdehin məhkəmə iclasında verdikləri izahatlarında və yazılı ərizələrində cavabdehin X1 ilə əlaqədar artan xərclərə görə iddiaçıya ödəməli olduğu aliment məbləğinin 150 manata artırılması barədə razılaşmalarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 01 aprel 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Füzuli Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli, 2(064)417/2020 nömrəli qətnaməsi ilə artırılaraq hər ay 100 manat sabit pul məbləğində müəyyən edilmiş alimentin məbləği yenidən artırılmalı, hər ay cavabdehdən alınıb iddiaçıya ödənməli alimentin məbləği 150 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.4-cü maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Füzuli Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli, 2(064)417/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı yenidən artırılmaqla dəyişdirilsin. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 01 aprel 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(064)-482/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-482/2023
09.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver