Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-5/2024 06.06.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, iddiaçı LPO "xxxx" ASC LƏSF-nin nümayəndəsi Qanuni nümayəndə oğlunun iştirakları ilə, iddiaçı LPO "xxxx" ASC LƏSF-nin cavabdehlər Hüseynova Aybəniz Mürşüd qızı, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı LPO "xxxx" ASC-nin LƏSF cavabdehlər Hüseynova Aybəniz Mürşüd qızı, Cavabdeh2 və Cavabdeh1 qarşı məhkəmədə iddia qaldıraraq cavabdeh Hüseynova Aybəniz Mürşüd qızının xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi 3681,47 manat məbləğində borcunun - bundan 2429,59 manat əsas borc, 1163,37 manat faiz borcunun və kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 87,72 manat faiz borcunun və iş üzrə ödənilmiş 56,81 manat dövlət rüsumunun cavabdehlər Hüseynova Aybəniz Mürşüd qızı, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “AmrahBank" ASC-nin Binəqədi filialı ilə cavabdeh Hüseynova Aybəniz Mürşüd qızı arasında xx.xx.2022-ci il tarixli, ***- *******MK261119-01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 26 faiz dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. Cavabdeh Hüseynova Aybəniz Mürşüd qızına kredit verilərkən Cavabdeh2 və Cavabdeh1 ilə bank arasında 27 noyabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredit borcunu vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 1.1, 2.1 və 3.3.4-cü bəndlərinə əsasən cavabdeh Hüseynova Aybəniz Mürşüd qızı kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı həmin borcun və bank tərəfindən ödənilmiş 56,81 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə müəyyən etmişdir ki, Hüseynova Aybəniz Mürşüd qızı xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda vəfat etmişdir. Nəticədə Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-1042/2022 saylı qərardadı ilə mülki iş üzrə icraat cavabdeh Hüseynova Aybəniz Mürşüd qızının hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. İddiaçı LPO "xxxx" ASC-nin LƏSF ərizə ilə məhkəməyə müraciət edərək mülki iş üzrə icrraatın təzələnməsini və iddia tələbinə əsasən iş üzrə kredit borcunun digər cavabdehlər olan zaminlərdən - Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçı LPO "xxxx" ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bankın tələbini əsassız və qanunsuz hesab etdiklərini bildirmişlər. Belə ki, müqavilə üzrə zaminlərin öhdəliyinin yaranması üçün borclunun öz öhdəliyini icra etməməsi və yaxud da lazımınca icra etməməsi lazımdır. Hazıki vəziyyətdə isə, borclu fiziki olaraq mövcud deyildir və bu halda müqavilənin icra olunmaması vəfat etmiş insan üçün hər hansı öhdəlik və məsuliyyət yaratmır. Məhkəmə iclasında: İddiaçı LPO "xxxx" ASC LƏSF-nin nümayəndəsi Qanuni nümayəndə izahat verərək bidlirdi ki, iş üzrə icraatın dayandırıldığı müddət ərzində AR Ədliyyə Nazirliyinin Elektron Notariat Sistemi üzərində dövri olaraq axtarışlar aparılsa da, mərhum Hüseynova Aybəniz Mürşüd qızı ilə bağlı hər hansı vərəsəlik işinin açılmadığı məlum olmuşdur. Aparılar araşdırmalar nəticəsində borclunun hüquqi varisləri aşkar edilmədiyi üçün kredit müqaviləsi üzrə borc öhdəliyi birbaşa zaminlərdən tutula bilər. Odur ki, iddia tələbinə əsasən iş üzrə kredit borcunun digər cavabdehlər olan zaminlərdən - Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçı LPO "xxxx" ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2014-cü il tarixli Qərarının 2-ci bəndində qeyd etmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, iddiaçı “AmrahBank" ASC-nin Binəqədi filialı ilə cavabdeh Hüseynova Aybəniz Mürşüd qızı arasında xx.xx.2022-ci il tarixli, ***-*******MK261119-01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 26 faiz dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. Cavabdeh Hüseynova Aybəniz Mürşüd qızına kredit verilərkən Cavabdeh2 və Cavabdeh1 ilə bank arasında 27 noyabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredit borcunu vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 1.1, 2.1 və 3.3.4-cü bəndlərinə əsasən cavabdeh Hüseynova Aybəniz Mürşüd qızı kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. AZ-İİ 164730 saylı, xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Hüseynova Aybəniz Mürşüd qızı xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda vəfat etmişdir. Hüseynova Aybəniz Mürşüd qızının məcburi köçkün kimi müvəqqəti olaraq Binəqədi rayonu Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsində məskunlaşmasını nəzərə alıb, həmin ərazidə fəaliyyət göstərən 20 saylı notariat ofisinə vəkil sorğusu ünvanlanmış və həmin notariat ofisinin xx.xx.2022-ci il tarixli, 317 saylı cavab məktubu ilə bildirilmişdir ki, mərhumun adına vərəsəlik işi açılmamışdır. Odur ki, məhkəmə cavabdeh (mərhum) Hüseynova Aybəniz Mürşüd qızının xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi 3681,47 manat məbləğində borcunun - bundan 2429,59 manat əsas borc, 1163,37 manat faiz borcunun və kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 87,72 manat faiz borcunun müştərək qaydada cavabdehlər olan zaminlərdən - Cavabdeh2 və Cavabdeh1 tutulmasını əsaslı hesab edir. Bununla yanaşı, AR MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə 56,81 manat dövlət rüsumunun da cavabdehlər olan zaminlərdən - Cavabdeh2 və Cavabdeh1 iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı LPO "xxxx" ASC-nin LƏSF tərəfindən verilmiş kredit borcunun zaminlərdən tutulmasına dair ərizəsi nəzərə alınmaqla təmin edilsin. İddiaçı LPO "xxxx" ASC-nin xeyrinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək cəmi 3681,47 manat məbləğində borcunun - bundan 2429,59 manat əsas borc, 1163,37 manat faiz borcu və kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 87,72 manat faiz borcu və 56,81 manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-5/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-5/2024
06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver