Məhkəmə qərarları › İş №2(064)-517/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-517/2023

29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-517/2023 29.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi X2, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC (bundan sonra - iddiaçı) Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 767,37 manat əsas və 114,65 manat faiz borcuna görə cəmi 882,2 manat, ödənilmiş dövlət rüsumuna görə 30,40 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. İş materiallarına əlavə edilmiş, Nəsimi rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X1 tərəfindən araşdırılması aparılmış 51C-22 nömrəli material üzrə qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 12 mart 2022-ci il tarixli qərarın surətindən görünür ki, araşdırma zamanı Cavabdeh 12 fevral 2022-ci il tarixdə ünvan 1 ünvanında yaşadığı evdə divara bərkidilmiş elektrik naqili ilə özünü asaraq intihar etməsi nəticəsində ölməsi müəyyən edilmişdir. Beləliklə, işin müəyyən edilmiş faktiki prosessual halından görünür ki, iddiaçının iddia ərizəsində cavabdeh kimi göstərdiyi Cavabdeh iddia ərizəsinin məhkəmənin icraatına daxil olmasından təxminən bir il əvvəl, konkret olaraq 12 fevral 2022-ci il tarixdə ölmüşdür. İddiaçı iş üzrə mübahisə edilən hüquq münasibətində cavabdehin hüquqi varisini müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hal hazırki iddia ərizəsinin cavabdeh kimi Cavabdeh qarşı məhkəmə icraatını istisna etdiyindən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.7, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar