Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-524/2023 29.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi X1, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verdiyi “borcun ödənilməsi” tələbinə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı QSC (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 021R********** nömrəli kredit razılaşması üzrə 2261,54 manat əsas borc, 2140,78 manat faiz borcu və 2398,02 manat cərimə borcu olmaqla, cəmi 6800 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 88 manat məbləğində pulun müştərək qaydada tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə 28 mart 2023-cü il tarixli ərizə ilə müraciət edərək, Cavabdeh1 021R********** nömrəli kredit razılaşması üzrə öhdəliyini yerinə yetirməsinə görə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin əslinin ona qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in: - 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. - 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlandıqda, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyinə və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanmalı, iddiaçının dövlət rüsumuna görə ödədiyi 88 (səksən səkkiz) manat məbləğində pul özünə qaytarılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 259.0.11, 114.1, 263-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verdiyi “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərin əsli İddiaçı QSC-yə qaytarılsın. İddiaçı QSC-nin dövlət rüsumuna görə ödədiyi 88 (səksən səkkiz) manat məbləğində pul özünə (İddiaçı QSC, bankın kodu: 505000, VÖEN: ********** hesab: AZ42ACAB********************, M/h: AZ10NABZ********************, S.W.İ.F.T. ACABAZ22) qaytarılsın. Qərardadın icrası Füzuli rayon Maliyyə şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(064)-524/2023
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-524/2023
29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver