Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-54/2025 20.08.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi ilə, "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 8196,2 manat əsas, 799,67 manat faiz, 168,73 manat cərimə olmaqla, cəmi 9164,60 manat məbləğində borcun və 111,65 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixli ərizəni-anketi imzalamaqla “Ümumi Oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Ümumi Ofertanın 16.1-ci bəndinə uyğun olaraq SMS vasitəsi ilə cavabdehə 36 ay müddətinə, illik 18% olmaqla 9200 manat məbləğində kredit xətti açılmışdır. Ümumi Ofertanın 16.1 və 19.1 -ci bəndlərinə əsasən kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır. Tərəflər arasında bağlanmış Ümumi Ofertaya əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür, lakin cavabdeh Müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 12 avqust 2024-cü il tarixinə "xxxx" KB ASC-yə 8196,2 manat əsas, 799,67 manat faiz, 168,73 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 9164,60 manat borcu yaranmışdır. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasını onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini, iddia tələbini müdafiə etdiyini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia tələbini etiraf etməyərək izahatında bildirmişdir ki, iddia tələbində qeyd olunan kredit məbləğini qohum olmaq adı ilə ailələrinə daxil olan və onların etibarını qazanan X3 adlı şəxs iddiaçı bankın əməkdaşları ilə qanunsuz əlaqəyə girərək təşkil etmiş və götürmüşdür. Qeyd olunan şəxs eyni gündə xx.xx.2023-cü il tarixdə bir-iki saat ərzində həyat yoldaşım Nümayəndə2 Oktay qızının adına 4 bankdan 54000 manat, 2 gün sonar isə xx.xx.2023-cü il tarixdə bir-iki saat ərzində yenə 3 bankdan mənim adıma 24000 manat kredit və 900 manatlıq kart götürmüşdür. Qeyd olunan kredit məbləğləri və kartlar onların adına olsa da, həmin məbləğlər onların etibarından sui-istifadə edən, onları aldadan X3 tərəfindən bank əməkdaşlarının köməyi ilə onlara imzalatdırılmışdır, lakin həmin məbləğlər Şamilov Aqil tərəfindən götürülmüşdür. X1 qeyd edilən Bank əməkdaşlarının köməyi ilə onları aldadıb onların adına külli miqdarda kredit götürməsi və digər əmlaklarını ələ keçirməsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etmişlər. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbini etiraf etməyərək nümayəndəsi Nümayəndə2 ilə eyni məzmunlu izahat verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş kredit kartının verilməsi və istifadə edilməsi haqqında xx.xx.2023-cü il tarixli müqavilə, həmin müqavilələrə əlavə sazişlər, ona edilmiş əlavə əsasında həmin müqavilə üzrə işin faktiki hallarının iddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş müvafiq faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Məhkəmə, həmçinin iddia ərizəsinə əlavə edilmiş mədaxil qəbzi əsasında müəyyən etmişdir ki, iddiaçı iş üzrə dövlət rüsumuna görə 111,65 manat məbləğində pul ödəmişdir. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/9637 saylı ekspert rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, məhkəmə-mühasibat ekspertizası ilkin sənədlərin məlumatları əsasında aparılan tədqiqat olduğundan, Cavabdeh ilə "xxxx" KB ASC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış Ərizə- Anket və İmza Nümunəsi ərizəsi və həmin ərizənin tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli, 01U/21 saylı ümumi oferta müqaviləsi üzrə yuxarıda göstərilənlərə əsasən kreditdən təyinatı üzrə istifadə edilməsi və qaytarılması qaydaları Bankla Borcalan arasında Borcalanın bankda qeydiyyatda olan mobil telefon nömrəsi üzrə SMS bildirişlərinə, Borcalanın şəxsi kabineti, mobil tətbiqi və ya Bank tərəfindən təklif edilən digər vasitələrlə müəyyən edildiyinə görə hazırki tədqiqatla təqdim edilmiş sənədlərdə həmin qaydaların tərəflər arasında razılaşdırılmış qaydada öz əksini qalığının hesablanması mümkün olmur. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli, 9/2165 saylı ekspert rəyi ilə "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit sazişinin şərtləri nəzərə alınmaqla Cavabdeh "xxxx" KB ASC-yə xx.xx.2024-cü il tarixə-müqavilənin müddəti bitdikdən sonra əsas borcunun 8200,89 manat, faiz borcunun 745,61 manat olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri cəmi 200 manatdır. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il müqavilədən görünür ki, cavabdeh bankdan kredit pulu almış, kreditin əsas məbləğini və istifadə etdiyi kreditə hesablanmış faizlərlə bərabər hissələrlə ödəməyi vəd etmişdir. Cavabdeh öhdəliyini lazımınca icra etməmiş, nəticədə iddiaçıya borcları yaranmışdır. Yaranmış borcun ödənilməsi cavabdehlərə təklif edilmiş, lakin cavabdehlər bu təklifə münasibət bildirməmişlər. İddiaçı hazırkı tələb üzrə 111,65 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. -448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. -462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İddiaçı cavabdehdən xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 8196,2 manat əsas, 799,67 manat faiz, 168,73 manat cərimə olmaqla, cəmi 9164,60 manat pulun tutulmasını tələb etmiş, iddiasını cavabdehin 12 avqust 2024-cü il tarixə ona iddia edilən miqdarda borcunun yaranması ilə əsaslandırmışdır. Yanaşı yoxlanılmış əlavə məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli, 9/2165 saylı rəyi ilə cavabdehin əsas borcun 8200,89 manat, faiz borcunun 745,61 manat olduğu müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının iddia tələbində tələb etdiyi əsas borc məbləği ekspertin müəyyən etdiyi məbləğdən daha az məbləğ təşkil edir. Məhkəmə ekspert rəyi ilə bu hissədə razılaşmır. Belə ki, məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən, hesab edir ki, iddia tələbi əsas borca münasibətdə təmin edilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə göstərilən hüquqi mövqeyə uyğun olaraq hesab edir ki, iddiaçı cavabdehə göndərdiyi xx.xx.2024-cü il tarixli məktubunda ona xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 8196,20 manat əsas, 417,77 manat faiz və 24,33 manat cərimə borcu olmaqla, cəmi 8638,30 manat məbləğində borcunu 3 iş günü ərzində tam ödəməzsə, göstərilən müqavilənin ləğv edilməsini təklif etdiyinə görə həmin müqavilə faktiki olaraq xx.xx.2024-cü il tarixdən 3 iş günü keçdikdən dərhal sonra ləğv olunmuşdur. Yanaşı yoxlanılmış əlavə məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli, 9/2165 saylı rəyi ilə cavabdehin faiz borcunun 745,61 manat olduğu müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının iddia tələbində tələb etdiyi faiz borc məbləği ekspertin müəyyən etdiyi məbləğdən daha az məbləğ təşkil edir. Məhkəmə ekspert rəyi ilə bu hissədə də razılaşmır. Belə ki, məhkəmə iddia tələbindən kənara çıxa bilməz. Bu səbəbdən iş üzrə iddia tələbi cavabdehin iddiaçıya olan faiz və cərimə borcuna münasibətdə iddiaçının cavabdehə göndərdiyi xx.xx.2024-cü il tarixli məktubunda göstərilmiş həcmdə, yəni 417,77 manat faiz və 24,33 manat məbləğində cərimə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə münasibətdə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 105,23 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 6,42 manatı isə iddiaçıya aid edilməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri cəmi 200 manat cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 8196,20 əsas, 417,77 manat faiz borcunun və 24,33 manat cərimə borcunun tam təsdiq olunduğundan, həmin borclar və 105,23 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat isə cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, ödənilmiş dövlət rüsumunun 6,42 manatı isə iddiaçıya aid edilməli, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 8196,20 əsas, 417,77 manat faiz borcunun və 24,33 manat cərimə borcu olmaqla, cəmi 8638,3 manat və ödənilmiş dövlət rüsumuna görə 105,23 manat pul tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 6,42 manatı iddiaçı "xxxx" KB ASC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 (iki yüz) manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №2(064)-54/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-54/2025
20.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver